Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya ordusu Ukraynaya məxsus xeyli canlı qüvvə və texnikanı məhv edib

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidRusiya hərbçiləri, arxiv şəkli
Rusiya hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Rusiya aviasiyasının yüksək dəqiqlikli zərbələri nəticəsində, "Donetsk Xalq Respublikası"nın Svyatoqorsk yaşayış məntəqəsində 100-ə qədər muzdlu və millətçi məhv edilib.
BAKI, 26 sentyabr — Sputnik. Rusiya aviasiyası, raket qoşunları və artilleriyası "DXR"-in Zaporojye, Nikolayev və Kramatorsk şəhərlərində Ukrayna qoşunlarının üç döyüş sursatı, raket və artilleriya silahları anbarını məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi bazar ertəsi bildirib.
Nazirlikdən bildirilib ki, Rusiya aviasiyası həmçinin yüksək dəqiqlikli zərbələr nəticəsində “Donetsk Xalq Respublikası”nın Svyatoqorsk yaşayış məntəqəsində 100-ə qədər muzdlu və millətçini də məhv edib.
Bundan başqa, Müdafiə Nazirliyindən bildiriblər ki, “Donetsk Xalq Respublikası”nın Çasov Yar yaşayış məntəqəsi rayonunda Ukrayna qoşunlarının 10-cu dağ-hücum briqadasının komandanlığının müşavirəsi zamanı raket hücumu nəticəsində 25-dək Ukrayna hərbçisi məhv edilib, 40-dan artıq hərbçi yaralanıb, səkkiz ədəd xüsusi hərbi texnika sıradan çıxarılıb.
"Əməliyyat-taktiki və ordu aviasiyasının, raket qoşunları və artilleriyası tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətinin Kupyansk, Şurovo, "Donetsk Xalq Respublikası"nın Kirovo, "Zaporojye vilayəti"nin Kamışevax və "Xerson vilayəti"nin Vısokopolye şəhərləri yaşayış məntəqələrindəki beş komanda məntəqəsinə, həmçinin, 163 rayonda 56 artilleriya bölməsinə dəqiq zərbələr endirilərək canlı qüvvə və hərbi texnika məhv edilib", - deyə Nazirliyin məlumatında qeyd edilir.
Daha sonra məlumatda bildirilir ki, "Donetsk Xalq Respublikası"nın Zaporojye, Nikolayev və Kramatorsk şəhərlərinin ərazilərində Ukrayna qoşunlarının döyüş sursatı, raket və artilleriya silahlarının üç anbarı məhv edilib.
"Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək 302 təyyarə, 155 helikopter, 2087 pilotsuz uçuş aparatı, 377 zenit-raket kompleksi, 5114 tank və digər zirehli döyüş maşını, 845 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 3417 sahə artilleriya qurğuları və minaatan, həmçinin, 5904 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib", - deyə nazirliyin məlumatında bildirilir.
Xəbər lenti
0