Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Dövlət Dumasının sədri Azərbaycana səfərə gəlib

© Photo : AZƏRTACRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Vyaçeslav Volodinin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşü nəzərdə tutulub.
BAKI, 26 sentyabr - Sputnik. Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu barədə Azərtac xəbər yayıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.
Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.
Xəbər lenti
0