https://sputnik.az/20220926/dumada-heyder-eliyevin-100-illik-yubileyine-hesr-olunmus-sergi-kecirile-biler-446726717.html
Dumada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilə bilər
Dumada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilə bilər
Sputnik Azərbaycan
Rusiya Federasiyasının ali qanunverici orqanı Azərbaycan xalqının böyük liderinin fəaliyyətinə həsr olunmuş sərgi təşkil etmək niyyətindədir. 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T18:35+0400
2022-09-26T18:35+0400
2022-09-26T19:01+0400
rusiya
vyaçeslav volodin
ümummilli lider heydər əliyev
heydər əliyev ili
sərgi
dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1125_1920x0_80_0_0_9e3315b0538d0035ffe0f3f3e4501705.jpg
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının Dövlət Duması onun həyat və yaradıcılığına həsr olunmuş sərginin açılışını planlaşdırır. Bunu Bakıda səfərdə olan Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov jurnalistlərə açıqlamasında bildirib."Biz onun Sovet İttifaqında - ümumi vətənimizdə, eləcə də Azərbaycanda və Rusiyada fəaliyyətinin müxtəlif tərəflərini göstərəcəyik. Düşünürəm ki, ölkəmizin bütün bölgələri bu sərgiyə ümumi maraq göstərəcək. Sərgi ilə əvvəlcə 450 deputat tanış olacaq və o, gələcək tərəqqiyə açıq olacaq", - deyə deputat bildirib.Bundan əlavə, Kalaşnikov müsahibəsində 2022-ci ilin fevralında Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanan müttəfiqlik haqqında bəyannaməyə toxunub. Deputatın sözlərinə görə, bu əlaqələrin inkişafı Aşqabadda keçirilən VI Xəzər Sammiti çərçivəsində təsdiq edilən digər sənədlərdə də öz əksini tapıb. Bütün bu sənədlər parlament ölçüsünü tələb edir."Rusiya və Azərbaycan parlamentləri arasında yüksək səviyyəli komissiya yaradılacaq. Bu komissiya iki ölkə prezidentinin qəbul etdiyi qərarların parlamentə aid olan hissələri ilə məşğul olacaq. Azərbaycan və Rusiyanın qanunvericilik orqanları müəyyən edilmiş normaların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra isə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə iki ölkə prezidentlərinin qəbul etdikləri qərarların parlament komponenti ilə məşğul olacaq yüksək səviyyəli komissiyanın yaradılması müzakirə edilib", - Kalaşnikov bildirib.Deputatın sözlərinə görə, tərəflər həmçinin bir çox başqa formatlarda, məsələn, "Xəzər beşliyi" çərçivəsində birgə görüşlər barədə razılığa gəliblər. VI Sammitdə imzalanan bəyannamələr çərçivəsində Xəzərin inkişafı məsələləri, spikerlərin iclasının hazırlanması təklifi nəzərdən keçirilib.
https://sputnik.az/20220926/dovlet-dumasinin-sedri-vyaceslav-volodinin-bakiya-seferi-446719617.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0e/442905233_0:0:2000:1501_1920x0_80_0_0_2392cac7c9c81b8a671244ed65782030.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vyaçeslav volodin, ümummilli lider heydər əliyev, sərgi, dövlət duması
vyaçeslav volodin, ümummilli lider heydər əliyev, sərgi, dövlət duması
Dumada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirilə bilər
18:35 26.09.2022 (Yenilənib: 19:01 26.09.2022) Rusiya Federasiyasının ali qanunverici orqanı Azərbaycan xalqının böyük liderinin fəaliyyətinə həsr olunmuş sərgi təşkil etmək niyyətindədir.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiya Federasiyasının Dövlət Duması onun həyat və yaradıcılığına həsr olunmuş sərginin açılışını planlaşdırır. Bunu Bakıda səfərdə olan Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov jurnalistlərə açıqlamasında bildirib.
"Biz onun Sovet İttifaqında - ümumi vətənimizdə, eləcə də Azərbaycanda və Rusiyada fəaliyyətinin müxtəlif tərəflərini göstərəcəyik. Düşünürəm ki, ölkəmizin bütün bölgələri bu sərgiyə ümumi maraq göstərəcək. Sərgi ilə əvvəlcə 450 deputat tanış olacaq və o, gələcək tərəqqiyə açıq olacaq", - deyə deputat bildirib.
Bundan əlavə, Kalaşnikov müsahibəsində 2022-ci ilin fevralında Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev tərəfindən imzalanan müttəfiqlik haqqında bəyannaməyə toxunub. Deputatın sözlərinə görə, bu əlaqələrin inkişafı Aşqabadda keçirilən VI Xəzər Sammiti çərçivəsində təsdiq edilən digər sənədlərdə də öz əksini tapıb. Bütün bu sənədlər parlament ölçüsünü tələb edir.
"Rusiya və Azərbaycan parlamentləri arasında yüksək səviyyəli komissiya yaradılacaq. Bu komissiya iki ölkə prezidentinin qəbul etdiyi qərarların parlamentə aid olan hissələri ilə məşğul olacaq. Azərbaycan və Rusiyanın qanunvericilik orqanları müəyyən edilmiş normaların həyata keçirilməsi ilə bağlı razılığa gəliblər. Vyaçeslav Volodinin Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra isə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə iki ölkə prezidentlərinin qəbul etdikləri qərarların parlament komponenti ilə məşğul olacaq yüksək səviyyəli komissiyanın yaradılması müzakirə edilib", - Kalaşnikov bildirib.
Deputatın sözlərinə görə, tərəflər həmçinin bir çox başqa formatlarda, məsələn, "Xəzər beşliyi" çərçivəsində birgə görüşlər barədə razılığa gəliblər. VI Sammitdə imzalanan bəyannamələr çərçivəsində Xəzərin inkişafı məsələləri, spikerlərin iclasının hazırlanması təklifi nəzərdən keçirilib.