Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanda rus dilinə olan diqqət başqa ölkələrə nümunədir - Vyaçeslav Volodin

© Sputnik / Максим Блинов / Mediabanka keçidRusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, digər tərəfdaşlarla müqayisədə Azərbaycanda rus dilinə lazımi diqqət yetirilir.
BAKI, 26 sentyabr — Sputnik. Azərbaycanda rus dilinə göstərilən diqqət digər ölkələr üçün də nümunə ola bilər. Bunu Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarova ilə görüşündə söyləyib.
O qeyd edib ki, bu gün Azərbaycanda 47 rusdilli məktəb fəaliyyət göstərir və Rusiya Federasiyasının təhsil standartlarına uyğun yeni məktəbin yaradılması müzakirə olunur.
"Ölkələrimiz arasında əlaqələr təkcə ticarət dövriyyəsinin artdığı ticarət sahəsində deyil, həm də digər sahələrdə, məsələn, təhsil sahəsində də dinamik inkişaf edir. Digər tərəfdaşlarımızla müqayisədə siz rus dilinə lazımi diqqət yetirirsiniz - bu, kommunikasiyalarımızı inkişaf etdirmək üçün son dərəcə vacibdir", - deyə Rusiya Federasiyası Dövlət Dumasının spikeri bildirib.
Onun sözlərinə görə, rusdilli məktəblərin inkişafı iki ölkə arasında əlaqələri gücləndirir və Rusiya Federasiyasına gələn azərbaycanlılar Rusiya iqtisadiyyatının müxtəlif sahələrində çalışaraq özlərini daha səmərəli reallaşdıra bilirlər.
"Ona görə də mümkün qədər çox təhsil və humanitar layihələrimizin olması üçün şərait yaratmaq, bu il fevralın 22-də prezidentlərimizin imzaladığı bəyannamənin səmərəli həyata keçirilməsi üçün hər şeyi etmək vacibdir", - deyə Volodin qeyd edib.
Xatırladaq ki, Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Bu, Volodinin Azərbaycana ikinci rəsmi səfəridir. O, ölkəmizə ilk dəfə 2018-ci ilin iyununda səfər edib.
Xəbər lenti
0