Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ukraynanın nüvə silahı məsələsini ilk olaraq Zelenski qaldırıb - Lavrov

© AFP 2024 / ED JONESRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Rusiya XİN başçısı Sergey Lavrov Vladimir Zelenskinin Sovet İttifaqı dağılanda Ukraynanın nüvə silahını təslim etməsinin böyük səhv olduğu barədə açıqlamasını xatırladıb.
BAKI, 24 sentyabr - Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl Kiyevin nüvə silahına malik olması mövzusunu qaldırıb.
Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirakdan sonra keçirilən mətbuat konfransında deyib.
“Heç kim xatırlamır, bu ilin yanvarında xüsusi hərbi əməliyyat başlamazdan xeyli əvvəl Zelenski çıxışlarının birində bu haqda çox danışdığını və bunu davam etdirdiyini demişdi ki, Sovet İttifaqı dağılanda Ukraynanın nüvə silahını təslim etməsi böyük səhv idi. Bu mövzu onun tərəfindən ortaya Ukraynada yaranan problemləri necə tənzimləməklə bağlı söhbətlər zamanı atılıb”, - Lavrov deyib.
O vurğulayıb ki, Rusiyada ölkənin nüvə təhlükəsizliyi doktrinası qüvvədədir.
“Bu, açıq sənəddir, orada hər şey yazılıb, mən sizi nüvə silahından istifadə etməyə icazə verildiyi zaman tam dəqiq müəyyən edilmiş hallara bir daha baxmağa dəvət edirəm”, - nazir izah edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 24.09.2022
RUSİYA
Lavrov: Qərb Rusiyanı parçalamaq niyyətini gizlətmir
Xəbər lenti
0