Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin tələbələrə səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verib

© Sputnik / Павел БедняковVladimir Putin, arxiv şəkli
Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.09.2022
Abunə olmaq
Rusiya prezidenti “Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında” fərman imzalayıb.
BAKI, 24 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin “Səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında” fərman imzalayıb.
Bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.
“Müəyyən edilsin ki, səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət orta ixtisas və ali təhsilin dövlət akkreditasiyadan keçmiş təhsil proqramları üzrə dövlət təhsil təşkilatlarında, elmi təşkilatlarda təhsilin əyani və qiyabi formalarında ilk dəfə müvafiq səviyyədə təhsil alan tələbələrə verilir", - sənədin əsas hissəsində deyilir.
Fərman imzalandığı gündən qüvvəyə minir və 21 sentyabr 2022-ci il tarixindən yaranan hüquq münasibətlərinə şamil edilir.
Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının Cinayət Məcəlləsinə fərarilik, qarət və təslim olmaya görə cəzaların müəyyənləşməsinə dair dəyişikliklərin edilməsi haqqında qanunu imzalayıb.
Qismən səfərbərlik
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersoda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Xəbər lenti
0