https://sputnik.az/20220924/putin-rf-cm-ne-qaret-ferarilik-ve-teslimolma-ile-bagli-edilen-deyisiklikleri-imzalayib-446657477.html
Putin RF CM-nə qarət, fərarilik və təslimolma ilə bağlı edilən dəyişiklikləri imzalayıb
Putin RF CM-nə qarət, fərarilik və təslimolma ilə bağlı edilən dəyişiklikləri imzalayıb
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət" və "müharibə vaxtı" anlayışlar daxil edilib. 24.09.2022, Sputnik Azərbaycan
2022-09-24T21:50+0400
2022-09-24T21:50+0400
2022-09-24T23:49+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
rusiya federasiyası
cinayət məcəlləsi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445724487_0:0:3183:1791_1920x0_80_0_0_ffb97488c76cad602682c8049c351dc2.jpg
BAKI, 24 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının Cinayət Məcəlləsinə fərarilik, qarət və təslim olmaya görə cəzaların müəyyənləşməsinə dair dəyişikliklərin edilməsi haqqında qanunu imzalayıb.Bu barədə RF-nin rəsmi hüquqi informasiya portalı məlumat dərc edib.Qanun xüsusilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət" və "müharibə vaxtı" anlayışlarını daxil edir.Rusiya Federasiyasının Cinayət Məcəlləsinə də bir sıra yeni maddələr daxil edilib.Belə ki, qanunda yenilik 352.1 (“Könüllü təslimolma”) maddəsidir. Dövlətə xəyanət əlamətləri olmasa, könüllü təslim olanları 3 ildən 10 ilə qədər həbs gözləyir.Bildirilir ki, “bu maddədə nəzərdə tutulmuş cinayəti ilk dəfə törətmiş hərbi qulluqçu əsirlikdə olarkən azad edilməsi üçün tədbirlər görmüş, öz bölüyünə və ya xidmət yerinə qayıtmışsa və başqa cinayətlər törətməmişdirsə, cinayət məsuliyyətindən azad edilə bilər."“Qarət” (356.1) maddəsinə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan dəyişiklik edilib. Eyni zamanda, “səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə dövründə” cinayətin törədilməsinin də ağırlaşdırıcı hallar hesab edilməsi təklif edilir (maddə 63).Səfərbərlik və hərbi vəziyyət dövründə bölməni icazəsiz tərk etmə (Cinayət Məcəlləsinin 337-ci maddəsi) adi vaxtlardan daha sərt cəzalandırılacaq. Belə ki, bölmədə belə olmamaq iki gündən 10 günə qədər davam edərsə, bu, 5 ilə qədər (bir ilə qədər deyil), 10 gündən bir aya qədər olduqda - 7 ilə qədər həbslə (və üç ilə qədər deyil ), bir aydan çox olduqda - koloniyada 5 ildən 10 ilədək (beş ilədək deyil) cəza ilə nəticələnir.Sənəddə qeyd olunur ki, “bu maddənin birinci, ikinci, üçüncü və ya dördüncü hissələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş hərbi qulluqçu hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikdə, cinayət məsuliyyətindən yaxa qurtara bilər. Bir şərtlə ki, onun xidmət yerini tərk etməsinin üzrlü səbəbi olsun. Yəni onun vaxtında xidmət yerində olmaması düşdüyü çətin vəziyyətlərin nəticəsidisrə.Yeni qanunla o da müəyyən edilib ki, tabeliyində olan şəxs tərəfindən müəyyən edilmiş qaydada hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya döyüş əməliyyatları şəraitində rəis tərəfindən verilmiş əmrin yerinə yetirilməməsinə, habelə hərbi və ya döyüş əməliyyatlarında iştirakdan imtina etməsinə görə - iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (CM-nin 332-ci maddəsinin 2.1-ci hissəsi).Bu cür əməllər ağır nəticələrə səbəb olduqda, üç ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Bundan əlavə, qanunda nəzərdə tutulub ki, ehtiyatda olan vətəndaşlar hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, habelə hərbi hazırlıq dövründə üzrlü səbəblər olmadan xidmətə vaxtında gəlməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.Qanunda göstərilir ki, belə bir əməl səfərbərlik və hərbi vəziyyət dövründə baş veribsə və iki gündən 10 günə qədər davam edibsə, 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (hərbi vəziyyət yoxdursa, bir ilədək)."Ehtiyatda olan" şəxs 10 gündən bir aya qədər xidmət yerində olmadıqda onu 7 ilədək həbs cəzası (hərbi vəziyyət və ya səfərbərlik olmadıqda üç ilədək) gözləyir. O, bir aydan çox müddətdə olmadıqda, 5 ildən 10 ilədək (hərbi vəziyyət və ya səfərbərlik olmadıqda beş il) cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək.Qanunda dövlət müdafiə sifarişinin yerinə yetirilməməsi və dövlət müqaviləsinin şərtlərinin pozulması ilə bağlı da bir sıra maddələr nəzərdə tutulub.
https://sputnik.az/20220924/rusiyada-ferarileri-uzunmuddetli-ceza-gozleyir---cinayet-mecellesine-deyisiklik-edilib--446652982.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/06/445724487_249:0:2980:2048_1920x0_80_0_0_ef030212cb58441d6f6a640b54b66771.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyası, cinayət məcəlləsi
putin, rusiya prezidenti vladimir putin, rusiya federasiyası, cinayət məcəlləsi
Putin RF CM-nə qarət, fərarilik və təslimolma ilə bağlı edilən dəyişiklikləri imzalayıb
21:50 24.09.2022 (Yenilənib: 23:49 24.09.2022) Rusiya Federasiyasının Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət" və "müharibə vaxtı" anlayışlar daxil edilib.
BAKI, 24 sentyabr - Sputnik. Rusiya prezidenti Vladimir Putin bu gün Rusiya Federasiyasının Cinayət Məcəlləsinə fərarilik, qarət və təslim olmaya görə cəzaların müəyyənləşməsinə dair dəyişikliklərin edilməsi haqqında qanunu imzalayıb.
Bu barədə RF-nin rəsmi hüquqi informasiya portalı məlumat dərc edib.
Qanun xüsusilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinə "səfərbərlik", "hərbi vəziyyət" və "müharibə vaxtı" anlayışlarını daxil edir.
Rusiya Federasiyasının Cinayət Məcəlləsinə də bir sıra yeni maddələr daxil edilib.
Belə ki, qanunda yenilik 352.1 (“Könüllü təslimolma”) maddəsidir. Dövlətə xəyanət əlamətləri olmasa, könüllü təslim olanları 3 ildən 10 ilə qədər həbs gözləyir.
Bildirilir ki, “bu maddədə nəzərdə tutulmuş cinayəti ilk dəfə törətmiş hərbi qulluqçu əsirlikdə olarkən azad edilməsi üçün tədbirlər görmüş, öz bölüyünə və ya xidmət yerinə qayıtmışsa və başqa cinayətlər törətməmişdirsə, cinayət məsuliyyətindən azad edilə bilər."
“Qarət” (356.1) maddəsinə 15 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan dəyişiklik edilib. Eyni zamanda, “səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə dövründə” cinayətin törədilməsinin də ağırlaşdırıcı hallar hesab edilməsi təklif edilir (maddə 63).
Səfərbərlik və hərbi vəziyyət dövründə bölməni icazəsiz tərk etmə (Cinayət Məcəlləsinin 337-ci maddəsi) adi vaxtlardan daha sərt cəzalandırılacaq. Belə ki, bölmədə belə olmamaq iki gündən 10 günə qədər davam edərsə, bu, 5 ilə qədər (bir ilə qədər deyil), 10 gündən bir aya qədər olduqda - 7 ilə qədər həbslə (və üç ilə qədər deyil ), bir aydan çox olduqda - koloniyada 5 ildən 10 ilədək (beş ilədək deyil) cəza ilə nəticələnir.
Sənəddə qeyd olunur ki, “bu maddənin birinci, ikinci, üçüncü və ya dördüncü hissələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş hərbi qulluqçu hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etdikdə, cinayət məsuliyyətindən yaxa qurtara bilər. Bir şərtlə ki, onun xidmət yerini tərk etməsinin üzrlü səbəbi olsun. Yəni onun vaxtında xidmət yerində olmaması düşdüyü çətin vəziyyətlərin nəticəsidisrə.
Yeni qanunla o da müəyyən edilib ki, tabeliyində olan şəxs tərəfindən müəyyən edilmiş qaydada hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə və ya döyüş əməliyyatları şəraitində rəis tərəfindən verilmiş əmrin yerinə yetirilməməsinə, habelə hərbi və ya döyüş əməliyyatlarında iştirakdan imtina etməsinə görə - iki ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (CM-nin 332-ci maddəsinin 2.1-ci hissəsi).
Bu cür əməllər ağır nəticələrə səbəb olduqda, üç ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan əlavə, qanunda nəzərdə tutulub ki, ehtiyatda olan vətəndaşlar hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, habelə hərbi hazırlıq dövründə üzrlü səbəblər olmadan xidmətə vaxtında gəlməməyə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Qanunda göstərilir ki, belə bir əməl səfərbərlik və hərbi vəziyyət dövründə baş veribsə və iki gündən 10 günə qədər davam edibsə, 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (hərbi vəziyyət yoxdursa, bir ilədək).
"Ehtiyatda olan" şəxs 10 gündən bir aya qədər xidmət yerində olmadıqda onu 7 ilədək həbs cəzası (hərbi vəziyyət və ya səfərbərlik olmadıqda üç ilədək) gözləyir. O, bir aydan çox müddətdə olmadıqda, 5 ildən 10 ilədək (hərbi vəziyyət və ya səfərbərlik olmadıqda beş il) cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək.
Qanunda dövlət müdafiə sifarişinin yerinə yetirilməməsi və dövlət müqaviləsinin şərtlərinin pozulması ilə bağlı da bir sıra maddələr nəzərdə tutulub.