Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna rejimi terrorçuya çevrilib - Valentina Matviyenko

© Photo : Press office of Federal Assembly of the Russian FederationValentina Matviyenko
Valentina Matviyenko - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Rusiya Federasiya Şurasının sədri bildirib ki, Ukrayna hakimiyyəti NATO silahları ilə mülki insanları qəsdən öldürmək taktikasına əl atır.
BAKI, 23 sentyabr — Sputnik. Ukraynada baş verən son hadisələr Kiyevin açıq-aşkar soyqırıma keçdiyini göstərir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti NATO silahları ilə mülki insanları qəsdən öldürmək taktikasına əl atır.
"Bu, sübut edir ki, hazırkı Ukrayna rejimi artıq mahiyyət etibarilə terrorçuya çevrilib", – parlamentari jurnalistlərə deyib.
Bundan əvvəl Matviyenko bildirib ki, xüsusi hərbi əməliyyatın uğurlu nəticələnməsi üçün Rusiya kifayət qədər resursa malikdir. Onun sözlərinə görə, Rusiyanın və dünyanın gələcəyi xüsusi hərbi əməliyyatın nəticəsindən asılıdır.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0