Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskovdan refenrendumlarla bağlı açıqlama

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Bu gün "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb.
BAKI, 23 sentyabr — Sputnik. "DXR", "LXR", eləcə də Zaporojye və Xerson vilayətlərində referendumların keçirilməsinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik biz referendumların lazımi səviyyədə keçirilməsi üçün təhlükəsizliyin təmin edilməsinə çalışırıq. Əməliyyat vəziyyətinə aid olan hər şeylə bağlı isə Müdafiə Nazirliyindən soruşmaq lazımdır", - Peskov jurnalistlərə bildirib.
Bu gün "Donetsk və Luqansk Xalq Respublikaları"nda, həmçinin Xerson və Zaporojye vilayətlərində Rusiyaya birləşmək üçün referendum başlayıb. Səsvermə beş gün, sentyabrın 27-dək davam edəcək.
Rusiya Federasiyasının tərkibinə daxil olduqda, Rusiya Konstitusiyasının "DXR", "LXR", Xerson və Zaporojye vilayətlərinə şamil edilib-edilməyəcəyi ilə bağlı sualın cavabında Dmitri Peskov belə cavab verib:
"Əlbəttə. Bu ərazilərdə (referendumdan sonra Rusiya Federasiyasına qoşulma və onun tərkibinə daxil olma halında) Rusiya Federasiyasının Konstitusiyası qüvvəyə minəcək. Bu məsələdə hər şey çox aydındır".
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Donbas, Zaporojye və Xerson vilayətlərinin sakinlərinin qəbul edəcəyi qərarı dəstəkləyəcək.
Xəbər lenti
0