https://sputnik.az/20220923/peskov-qismen-seferberlikle-bagli-yayilan-melumatlara-aydinliq-getirdi-446618411.html
Peskov qismən səfərbərliklə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Peskov qismən səfərbərliklə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, qismən səfərbərlik haqqında bu cür isterik və son dərəcə emosional reaksiya elandan sonrakı ilk saatlarda... 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T15:11+0400
2022-09-23T15:11+0400
2022-09-23T15:11+0400
dmitri peskov
rusiya
səfərbərlik
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:102:3005:1792_1920x0_80_0_0_903c19767f1dfe4531d084c4adcbab91.jpg
BAKI, 23 sentyabr — Sputnik. Qismən səfərbərliyə isterik reaksiyanı başa düşmək çətindir: informasiya çatışmazlığı var idi, amma indi bu yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib."Qismən səfərbərlik haqqında bu cür isterik və son dərəcə emosional reaksiya elandan sonrakı ilk saatlarda, hətta ilk gündə başa düşülən idi. Çünki həqiqətən də, müəyyən məlumat çatışmazlığı var idi, bu da başa düşüləndir və izah edilə bilər", - deyə Peskov qeyd edib.O bildirib ki, hazırda qismən səfərbərlik barədə məlumat qıtlığı yoxdur."Dünəndən Nazirlər Kabinetinin qərarına əsasən, artıq bütün məlumat xətləri işə salınıb. Müdafiə Nazirliyi mütəmadi olaraq bütün suallara cavab verir. Bütün telefonlar işləyir. Vətəndaşlar müraciət edir, KİV-də Müdafiə Nazirliyinin məlumatları dərc olunur. İndi dəqiqləşdirmələrlə bağlı çatışmazlıq yoxdur, sual vermək imkanı var".Qismən səfərbərlikSentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir."️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0e/440141452_0:0:2731:2048_1920x0_80_0_0_d0a09ac30b3ea2354cc372d25aae956a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, səfərbərlik, rusiya
dmitri peskov, səfərbərlik, rusiya
Peskov qismən səfərbərliklə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, qismən səfərbərlik haqqında bu cür isterik və son dərəcə emosional reaksiya elandan sonrakı ilk saatlarda, hətta ilk gündə başa düşülən idi.
BAKI, 23 sentyabr — Sputnik. Qismən səfərbərliyə isterik reaksiyanı başa düşmək çətindir: informasiya çatışmazlığı var idi, amma indi bu yoxdur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Qismən səfərbərlik haqqında bu cür isterik və son dərəcə emosional reaksiya elandan sonrakı ilk saatlarda, hətta ilk gündə başa düşülən idi. Çünki həqiqətən də, müəyyən məlumat çatışmazlığı var idi, bu da başa düşüləndir və izah edilə bilər", - deyə Peskov qeyd edib.
O bildirib ki, hazırda qismən səfərbərlik barədə məlumat qıtlığı yoxdur.
"Dünəndən Nazirlər Kabinetinin qərarına əsasən, artıq bütün məlumat xətləri işə salınıb. Müdafiə Nazirliyi mütəmadi olaraq bütün suallara cavab verir. Bütün telefonlar işləyir. Vətəndaşlar müraciət edir, KİV-də Müdafiə Nazirliyinin məlumatları dərc olunur. İndi dəqiqləşdirmələrlə bağlı çatışmazlıq yoxdur, sual vermək imkanı var".
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib:
"Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
Putin bildirib ki, səfərbərliyin olunmuş xüsusi əməliyyat iştirakçıları müqavilə ilə xidmət çəkən hərbçilərin statusunu və ödəmələrini əldə edəcəklər.
Qismən səfərbərlik haqqında fərman artıq imzalanıb.
Rusiya lideri xalqa müraciətində ölkəsini nüvə ilə təhdid edənlərə xəbərdarlıq edib ki, "külək onların istiqamətinə çevrilə bilər".
Onun sözlərinə görə, Rusiya özünü qorumaq üçün bütün mümkün vasitələrdən istifadə edir.
"️Qərbin məqsədi Rusiyanı parçalamaq və məhv etməkdir", - Putin deyib.
R️usiya lideri bildirib ki, Donbas könüllüləri və xalq ordusu adi rusiyalı hərbçilər ilə eyni hüquqi statusa malik olmalıdır. Donbas, həmçinin də Zaporojye və Xersonda referendumların keçirilməsi üçün təhlükəsiz şərait təmin ediləcək.