Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

© Sputnik / Viktor TolochkoMDB dövlətlərinin bayraqları
MDB dövlətlərinin bayraqları - Sputnik Azərbaycan, 1920, 23.09.2022
Abunə olmaq
Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubovun təmsil etdiyi tədbirdə MDB məkanında iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 23 sentyabr — Sputnik. Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 95-ci iclası keçirilib.
Qazaxıstan Respublikası Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri, MBD İqtisadi Şurasının sədri Serik Jumanqarinin sədrliyi ilə keçirilən iclasda nümayəndə heyətlərinin rəhbərləri MDB ölkələrinin iqtisadi əməkdaşlığı sahəsində müxtəlif məsələləri müzakirə ediblər.
İclasda Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edib.
İclasda MDB məkanında iqtisadi əməkdaşlığın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb, xüsusilə İqtisadi Şuranın iyun ayında keçirilən iclasında qəbul edilmiş qərarların icrası ilə bağlı yaranan problemlərin həlli müzakirə olunub.
Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın 2018–2021-ci illərdə fəaliyyəti haqqında hesabat təqdim olunub.
İştirakçılar iqtisadi, maliyyə və digər sahələrdə əməkdaşlıq məsələlərini, o cümlədən Birlik Üzv Dövlətlərin Hökumət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin İşləri üzrə Komitənin təqdim etdiyi məsələləri nəzərdən keçiriblər.
MDB İqtisadi Şurasının növbəti iclasının bu il dekabrın 9-da Moskvada keçirilməsi qərara alınıb.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə SSRİ-nin dağılmasının labüdlüyünə əmin olan Rusiya, Ukrayna və Belarusun rəhbərləri - B.Yeltsin, L.Kravçuk və S.Şuşkeviç tərəfindən imzalanan "Belovejsk sazişi" əsasında qurulub. Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarus ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəlib.
Alma-Ata deklarasiyası ilə keçmiş Sovet İttifaqı dövlətləri daxili və xarici siyasətin müxtəlif sahələrində əməkdaşlıq etmək və siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək niyyətlərini bəyan ediblər. MDB üzvü olan ölkələrin hər biri ayrılıqda beynəlxalq hüququn müstəqil və bərabərhüquqlu subyektləridir.
MDB - bu təşkilata üzv olan Dövlət Başçılarının Şurası tərəfindən qəbul edilən 22 yanvar 1993-cü il tarixli nizamnamə əsasında fəaliyyət göstərir.
MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.
Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.
Xəbər lenti
0