https://sputnik.az/20220923/lin-sonunadek-cebrayil-ve-zengilanda-100-hektar-mese-park-salinacaq-446380244.html
İlin sonunadək Cəbrayıl və Zəngilanda 100 hektar meşə-park salınacaq
İlin sonunadək Cəbrayıl və Zəngilanda 100 hektar meşə-park salınacaq
Sputnik Azərbaycan
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, yüz hektar meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırıla bilər. 23.09.2022, Sputnik Azərbaycan
2022-09-23T10:35+0400
2022-09-23T10:35+0400
2022-09-23T10:35+0400
qarabağ
cəbrayıl
zəngilan
meşə
park
azərbaycan
işğaldan azad edilmiş ərazilər
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426112010_0:147:2501:1553_1920x0_80_0_0_38886c67aa2742f477ad9421ba093e31.jpg
BAKI, 23 sentyabr — Sputnik. Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar olan meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AMEA-da keçirilən "Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib.Nazir müavini, meşələrin inventarlaşması istiqamətində Cəbrayıl şəhərinin yaxınlığında "Qapalı kök sistemli tingliyin" və "Dostluq meşəsi"nin salınması, eləcə də "Regional Meşəçilik Təlim Mərkəzi"nin yaradılması layihələrinin icrası barədə məlumat verib.O əlavə edib ki, müasir texnologiyaların tətbiq edildiyi "ağıllı" şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, təbiət, ətraf mühit arasında təbiət tarazlığını təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq. (Apa)
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426112010_132:0:2355:1667_1920x0_80_0_0_c3d7a1dc028c3edcde9ba7a61b7d8def.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cəbrayıl, zəngilan, meşə, park, azərbaycan, işğaldan azad edilmiş ərazilər
cəbrayıl, zəngilan, meşə, park, azərbaycan, işğaldan azad edilmiş ərazilər
İlin sonunadək Cəbrayıl və Zəngilanda 100 hektar meşə-park salınacaq
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, yüz hektar meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırıla bilər.
BAKI, 23 sentyabr — Sputnik. Cəbrayıl və Zəngilan rayonları ərazisində ümumi sahəsi 100 hektar olan meşə-parkın salınması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov AMEA-da keçirilən "Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxış edərkən deyib.
Nazir müavini, meşələrin inventarlaşması istiqamətində Cəbrayıl şəhərinin yaxınlığında "Qapalı kök sistemli tingliyin" və "Dostluq meşəsi"nin salınması, eləcə də "Regional Meşəçilik Təlim Mərkəzi"nin yaradılması layihələrinin icrası barədə məlumat verib.
O əlavə edib ki, müasir texnologiyaların tətbiq edildiyi "ağıllı" şəhər və kənd konsepsiyasının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insan, təbiət, ətraf mühit arasında təbiət tarazlığını təmin etməklə şəhər mühitində sağlam və keyfiyyətli həyat tərzinin bərqərar edilməsinə səbəb olacaq. (Apa)