Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Regionda iqtisadi layihələrin inkişafına necə kömək etmək olar

© Sputnik / Maksim Blinov / Mediabanka keçidLaçına mənzərə
Laçına mənzərə - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Tədbir Sputnik Azərbaycan-ın sosial şəbəkədəki səhifəsində canlı yayımlanacaq.
BAKI, 22 sentyabr — Sputnik. Son vaxtlar gərginləşən regional vəziyyət fonunda bölgədə kommunikasiyaların blokdan çıxarılması prosesinin dayandırıla biləcəyi ilə bağlı fikirlər səslənir.
Lakin Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinin sürətinin azalmasının qarşısını almaq üçün beynəlxalq vasitəçilərin, xüsusən də Rusiyanın səyləri diqqəti cəlb edir. Belə ki, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bu yaxınlarda bildirib ki, Azərbaycan və Ermənistan arasında yolların açılması iki ölkənin iqtisadiyyatının inkişafına, Rusiya investisiyalarının regiona cəlb olunmasına şərait yaradacaq.
Regionda iqtisadi layihələrin inkişafına hansı amillərin kömək edə biləcəyi barədə sentyabrın 22-də saat, 14:00-da Multimedia Mətbuat Mərkəzində iqtisad elmləri doktoru, professor, Odlar Yurdu Universitetinin kafedra müdiri Elşad Məmmədov məlumat verəcək.
Tədbir Sputnik Azərbaycan-ın sosial şəbəkədəki səhifəsində canlı yayımlanacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0