https://sputnik.az/20220921/yollarda-suret-heddinin-endirilmesi-ne-derecede-effektivdir-446321234.html
Yollarda sürət həddinin endirilməsi nə dərəcədə effektivdir?
Yollarda sürət həddinin endirilməsi nə dərəcədə effektivdir?
Sputnik Azərbaycan
BAKI, 21 sentyabr — Sputnik. Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 30 km/saat sürət... 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T17:13+0400
2022-09-21T17:13+0400
2022-09-21T17:19+0400
sürət həddi
paytaxt xəbərləri
bakı
küçə
ekspert
bna
rəqəmsal
tıxac
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_0:77:2001:1202_1920x0_80_0_0_3097752624412c9fc7e552546b1b2642.jpg
BAKI, 21 sentyabr — Sputnik. Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 30 km/saat sürət limiti təyin olunan zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Həmin zonaya daxil olan küçələrdə müvafiq yol işarələri quraşdırılıb, nişanlanma işləri aparılıb.BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbayan-a açıqlamasında bildirilib ki, belə bir qərarın verilməsi - 30km/saat sürət limitli zonanın yaradılması yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır:Avropa Mobillik Çərçivəsində verilən bu qərar daimi olacaqmı?M.Ağayev bildirib ki, bu qərar bütün nəqliyyat vasitələrinə şamil edilir və daimi xarakter daşıyır. BNA rəsmisi belə hesab edir ki, bundan öncə də qurumun atdığı başqa bir addım da qınaqla qarşılansa da, zaman hər verilən qərarın effektli olduğunu göstərdi. Bu səbəbdən BNA rəsmisi belə hesab edir ki, haqqında danışılan addım da effektli olacaq.İnformasiya və Kommuniksiya Texnologiyaları üzrə ekspert Osman Gündüz isə bildirib ki, BNA-nın paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı qərarı gözlənilməz və absurddur:Ekspert bildirib ki, BNA parklanma məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də, dolayısıyla, həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu:“Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub. Lakin bunun əksinə olaraq paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi"."Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, - deyə o əlavə edib.Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Avropada mobillik həftəsinin keçirilməsində məqsəd iri şəhərlərdə ekosistemi yaxşılaşdırmaq, avtomobillərdən ətraf mühitə buraxılan zəhərli qazların miqdarını azaltmaq, eyni zamanda da qəzaların sayını azaltmaq və mobilliyi təmin etmək olub:"Sadəcə olaraq bu məhdudiyyəti mütəmadi olaraq qəzaların baş verdiyi küçələrə aid etmək daha yaxşı olardı. Belə olan halda sırf həmin 33 küçəyə sürət məhdudiyyətinin qoyulmasının əhəmiyyəti olmayacaq", - deyə o əlavə edib.Lakin E.Cəfərov onu da bildirir ki, ictimai nəqliyyat şaxələndirilmədən, lazım olan müəyyən addımlar atılmadan belə bir qərarın heç bir effekti olmayacaq:Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisindən belə bir qərarın effektli olub-olmaması, tıxacların qarşısını almaqda rolunun nə dərəcədə olub-olmadığını zamanın göstərəcəyi bildirilib.Bəs, dünyada 30 km/saat sürət limitli zonasının nə kimi üstünlükləri var:Qeyd edək ki, paytaxtın 30 km/saat limit zonaya daxil olan küçələr aşağıdakılardır:Qeyd edək ki, sentyabrın 16-dan 22-dək paytaxtda "Avropa Mobillik Həftəsi" qeyd olunur. “Sən də rahat hərəkət et!” şüarı altında təşkil olunan kampaniya çərçivəsində ictimai nəqliyyat prioritetli mühitin formalaşmasının, piyada hərəkətinin, velosiped, eləcə də digər alternativ ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqini hədəfləyən müxtəlif aksiya, seminar və fləşmoblar keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41009/46/410094627_146:0:1853:1280_1920x0_80_0_0_23cdc14707abd00e57e6220b422e7073.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sürət həddi, bakı, küçə, ekspert, bna, rəqəmsal, tıxac
sürət həddi, bakı, küçə, ekspert, bna, rəqəmsal, tıxac
BAKI, 21 sentyabr — Sputnik. Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib. Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 30 km/saat sürət limiti təyin olunan zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Həmin zonaya daxil olan küçələrdə müvafiq yol işarələri quraşdırılıb, nişanlanma işləri aparılıb.
BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbayan-a açıqlamasında bildirilib ki, belə bir qərarın verilməsi - 30km/saat sürət limitli zonanın yaradılması yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması ilə əlaqədardır:
"Bu qərarın tıxacların artmasına səbəb olacağı barədə deyilən fikirlərlə razı deyiləm. Çünki bu əsaslandırma olmadan səsləndirilən fikirlərdir. Birincisi ona görə ki, bu zonanın əhatə etdiyi küçələr paytaxtın əsas arterial küçə və prospektlərinə hər hansı bir təsir etmir, xüsusi bir nəqliyyat dəhlizləri deyillər. Eyni zamanda araşdırmalar da göstərir ki, 30 km/saat sürət şəhər daxilində yolların təhlükəsiz hərəkəti buraxma qabiliyyəti üçün ən ideal sürət həddi sayılır".
Avropa Mobillik Çərçivəsində verilən bu qərar daimi olacaqmı?
M.Ağayev bildirib ki, bu qərar bütün nəqliyyat vasitələrinə şamil edilir və daimi xarakter daşıyır. BNA rəsmisi belə hesab edir ki, bundan öncə də qurumun atdığı başqa bir addım da qınaqla qarşılansa da, zaman hər verilən qərarın effektli olduğunu göstərdi. Bu səbəbdən BNA rəsmisi belə hesab edir ki, haqqında danışılan addım da effektli olacaq.
İnformasiya və Kommuniksiya Texnologiyaları üzrə ekspert Osman Gündüz isə bildirib ki, BNA-nın paytaxtda sürət limitini 30km/saata endirməklə bağlı qərarı gözlənilməz və absurddur:
"Dövlətin nəqliyyatı intellektual idarə etmək, ağıllı svetaforlar, ağıllı rəqəmsal həllər tətbiq etmək və bununla şəhər daxilində mövcud orta sürət həddini artırmaq, bununla tıxacları minimuma endirmək kimi innovativ nəqliyyat siyasəti var idi. Yəni, 130 milyon dəyəri olan nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqində məqsəd həm də şəhərdəki mövcud orta sürəti artırmaq olub”.
Ekspert bildirib ki, BNA parklanma məsələsinə sərt yanaşma tətbiq etməklə, qanunsuz parklamanı tənzimləməklə də, dolayısıyla, həmin orta sürətin artırılması məqsədini qarşıya qoymuşdu:
“Ümumiyyətlə, nəqliyyat sahəsində, piyada keçidləri sahəsində, yol nişanları və tənzimləmə sahəsində indiyədək atılan bütün rəqəmsal addımlar paytaxtda orta sürəti artırmağa, tıxacda iməkləyən avtomobillərin orta sürət vahidini yüksəltməyə yönəlik addımlar olub. Lakin bunun əksinə olaraq paytaxtda nəqliyyatı tənzimləməyə səlahiyyətli olan dövlət qurumu birdən-birə sürət həddini endirdi".
"Buradan belə qənaətə gəlmək olar ki, hökumət özü də fərqindədir ki, sektorda atılan innovativ, intellektual və administrativ addımlar özünü doğrultmayıb. Ümid edirəm, qərar qəbul edənlər bunun fərqindədir”, - deyə o əlavə edib.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Avropada mobillik həftəsinin keçirilməsində məqsəd iri şəhərlərdə ekosistemi yaxşılaşdırmaq, avtomobillərdən ətraf mühitə buraxılan zəhərli qazların miqdarını azaltmaq, eyni zamanda da qəzaların sayını azaltmaq və mobilliyi təmin etmək olub:
"Bu gün isə Bakının 33 küçəsində sürət həddi 30km/saat olub. Lakin bu küçələrin siyahısı ilə tanış olduqda görə bilərsiz ki, burada elə küçələr var ki, onlarda maksimal sürət həddi 10km/saatdır. Bu küçələr Bakının əsas, baş küçələri deyil, onlar ara küçələrdir. Düşünürəm ki, bu qərar vətəndaşalara problem yaratmayacaq".
"Sadəcə olaraq bu məhdudiyyəti mütəmadi olaraq qəzaların baş verdiyi küçələrə aid etmək daha yaxşı olardı. Belə olan halda sırf həmin 33 küçəyə sürət məhdudiyyətinin qoyulmasının əhəmiyyəti olmayacaq", - deyə o əlavə edib.
Lakin E.Cəfərov onu da bildirir ki, ictimai nəqliyyat şaxələndirilmədən, lazım olan müəyyən addımlar atılmadan belə bir qərarın heç bir effekti olmayacaq:
"Hazırda Bakıda hərəkət iflic vəziyyətdədir. Sürətin endirilməsi, artırılmasının heç bir əhəmiyyəti olmayacaq. Faktiki oaraq hazırda nə piyada, nə velosipedçi, nə də ki, sürücü kimi hərəkət edə bilirsən. Metroda isə sıxlıqdır. Görünür ki, bizdə sadəcə olaraq Avropa Mobillik həftəsinə görə belə bir addım atılıb".
Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisindən belə bir qərarın effektli olub-olmaması, tıxacların qarşısını almaqda rolunun nə dərəcədə olub-olmadığını zamanın göstərəcəyi bildirilib.
Bəs, dünyada 30 km/saat sürət limitli zonasının nə kimi üstünlükləri var:
Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəs artır
Sağlamlığa dəyən ciddi zərərlər, səs kirliliyi azalır, havanın keyfiyyəti artır
Qeyd edək ki, paytaxtın 30 km/saat limit zonaya daxil olan küçələr aşağıdakılardır:
1.
Murtuza Muxtarov küçəsi,
3.
Mirzə Fətəli Axundzadə küçəsi,
4.
Təbriz Xəlilbəyli küçəsi,
6.
Mirzə İbrahimov küçəsi,
7.
Əlimərdan bəy Topçubaşov küçəsi,
8.
Rəsul Rza küçəsi,(Xaqani ilə Zərifə Əliyeva küçələri arasında)
10.
Məmməd Əfəndiyev küçəsi,
11.
Nabatxanım Aşurbəyova küçəsi,
13.
Həsən Abdullayev küçəsi,
15.
Rostropoviçlər küçəsi,
16.
Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında)
17.
Çingiz Mustafayev küçəsi,
19.
Bəşir Səfəroğlu küçəsi,
20.
Əlövsət Quliyev küçəsi,
23.
Süleyman Tağızadə küçəsi,
24.
Nizami küçəsi (Abdulla Şaiq - Azərbaycan pr arasında)
25.
Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov küçələri arasında)
27.
Tərlan Əliyarbəyov küçəsi,
29.
Yusif Məmmədəliyev küçəsi,
30.
Əbdülkərim Əlizadə küçəsi,
31.
Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında)
32.
Yusif Məmmədəliyev küçəsi,
33.
Yusif Bəy İbrahimli küçəsi.
Qeyd edək ki, sentyabrın 16-dan 22-dək paytaxtda "Avropa Mobillik Həftəsi" qeyd olunur. “Sən də rahat hərəkət et!” şüarı altında təşkil olunan kampaniya çərçivəsində ictimai nəqliyyat prioritetli mühitin formalaşmasının, piyada hərəkətinin, velosiped, eləcə də digər alternativ ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqini hədəfləyən müxtəlif aksiya, seminar və fləşmoblar keçirilib.