https://sputnik.az/20220921/rusiyanin-istenilen-sanksiya-tezyiqine-tab-getireceyine-subhem-yoxdur---lavrov-446333152.html
Rusiya istənilən sanksiya təzyiqinə tab gətirəcək - Lavrov
Rusiya istənilən sanksiya təzyiqinə tab gətirəcək - Lavrov
Sputnik Azərbaycan
Bu ilin Rusiya Prezidenti xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib. 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T22:37+0400
2022-09-21T22:37+0400
2022-09-21T22:52+0400
sergey lavrov
müsahibə
sanksiya
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:3073:1728_1920x0_80_0_0_76ee40e348c6d9bd27793ecc75db4ee9.jpg
BAKI, 21 sentyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhə etmədiyini bildirib. RİA Novosti xəbər verir ki, bu barədə rusiyalı nazir "Newsweek" jurnalına müsahibəsində deyib.“Biz maraqlarımızı qorumaq üçün bütün mövcud imkan və vasitələrdən istifadə etmək niyyətindəyik. Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhəm yoxdur”, - deyə Lavrov bildirib.Eyni zamanda, nazir vurğulayıb ki, Moskva yeni xarici ticarət və maliyyə reallıqlarına uyğunlaşmağa və idxalın əvəzlənməsini intensivləşdirməyə davam edəcək.“Dostlarla birlikdə qarşılıqlı ticarətdə ABŞ dollarının payını azaldacaq və qarşılıqlı hesablaşmaları milli valyutaya çevirəcəyik”, - deyə nazir əlavə edib.Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444486793_0:0:2731:2048_1920x0_80_0_0_35b4b7bb31a1bd139e4c2682fd4d7a2a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, müsahibə, sanksiya
sergey lavrov, müsahibə, sanksiya
Rusiya istənilən sanksiya təzyiqinə tab gətirəcək - Lavrov
22:37 21.09.2022 (Yenilənib: 22:52 21.09.2022) Bu ilin Rusiya Prezidenti xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib.
BAKI, 21 sentyabr - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhə etmədiyini bildirib. RİA Novosti xəbər verir ki, bu barədə rusiyalı nazir "Newsweek" jurnalına müsahibəsində deyib.
“Biz maraqlarımızı qorumaq üçün bütün mövcud imkan və vasitələrdən istifadə etmək niyyətindəyik. Rusiyanın istənilən sanksiya təzyiqinə tab gətirəcəyinə şübhəm yoxdur”, - deyə Lavrov bildirib.
Eyni zamanda, nazir vurğulayıb ki, Moskva yeni xarici ticarət və maliyyə reallıqlarına uyğunlaşmağa və idxalın əvəzlənməsini intensivləşdirməyə davam edəcək.
“Dostlarla birlikdə qarşılıqlı ticarətdə ABŞ dollarının payını azaldacaq və qarşılıqlı hesablaşmaları milli valyutaya çevirəcəyik”, - deyə nazir əlavə edib.
Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.
Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.