Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

DYP tıxaclarla bağlı universitet rektorlarına müraciət edib

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 21.09.2022
Abunə olmaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru ali təhsil müəssisələrinin qarşısında vəziyyətin olduqca narahatedici olduğunu söyləyib.
BAKI, 21 sentyabr — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) universitet rektorlarına müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, ali təhsil müəssisələrinin qarşısında vəziyyət olduqca narahatedicidir:
"Cəmiyyətdə hər gün sıxlıqlar və tıxaclar müzakirə olunur. Bu, başa düşüləndir. Amma insan həyatı, sağlamlıq və təhlükəsizlik daha ciddi bir məsələdir. Bu gün ali təhsil müəssisələrinin qarşısında piyada qismində hərəkətdə olan vətəndaşlarımızın yollardakı hərəkətlərinə heç cür haqq qazandırmaq olmaz! Gənc nəslin nümayəndələri gələcəyin mühəndisləri, həkimləri, müəllimləri yollarda elə mənzərə yaradır ki, biz məktəblilərə, böyüməkdə olan uşaqlara kimi misal çəkək, kimi nümunə göstərək?! Bu qayda pozuntuları inzibati məsuliyyət yaratmaqla yanaşı, kənardan çox pis görünür və ictimai fikirə mənfi təsir edir".
"Universitetlərin rəhbərlərindən, təlim-tərbiyə işlərini aparan pedoqoji kollektivlərdən artıq dərəcədə xahiş edirik ki, bu məsələləri mahiyyəti üzrə kollektivlərində müzakirə etsinlər, tələbə gənclər təşkilatlarının gündəliklərinə salsınlar. Bizim cəmiyyətə savadlı mütəxəssis olmaqla yanaşı, nizam-intizama hörmətlə yanaşan, məsuliyyət hissi yüksək olan cəmiyyət formalaşdırmaq lazımdır. İnanırıq ki, ictimai fəal gənclərimiz əslində çox sadə, lakin həyati əhəmiyyəti olan yol hərəkəti qaydalarının düzgün təbliğatında bizə dəstək olacaqlar. Hər bir gəncimizin yolunun açıq olmasını arzu edir, heç kimin gəncliyinin yollarda bitməməsini diləyirik!" - deyə o əlavə edib.
Xəbər lenti
0