https://sputnik.az/20220920/xezer-besliyinin-qarsisinda-siyasi-ve-diplomatik-seyler-teleb-eden-meseleler-var---lavrov-446267623.html
Xəzər beşliyinin qarşısında siyasi və diplomatik səylər tələb edən məsələlər var - Lavrov
Xəzər beşliyinin qarşısında siyasi və diplomatik səylər tələb edən məsələlər var - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri həmçinin sektorlararası əməkdaşlığın bir sıra əsas istiqamətləri üzrə beştərəfli sənədlər layihələrinin razılaşdırılması prosesinin... 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T13:01+0400
2022-09-20T13:01+0400
2022-09-20T13:01+0400
rusiya
rusiya xin rəhbəri sergey lavrov
xəzəryanı ölkələr
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445299375_0:0:2917:1640_1920x0_80_0_0_540215080e6b1b105a4c6a15b34248cc.jpg
BAKI, 20 sentyabr — Sputnik. Xəzəryanı ölkələr - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində birbaşa baza xətlərinin yaradılmasının metodologiyasına dair saziş layihələrini, eləcə də sektorlararası əməkdaşlıq sahəsində beştərəfli sənədləri razılaşdırmalıdırlar. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "International Affairs" jurnalında dərc olunan "Xəzər unikal mehriban qonşuluq regionudur" adlı məqaləsində deyilir."Tehran konvensiyasının razılaşdırılması üzrə danışıqlar prosesi 20 ildən çox davam etdi və maraqlar balansına əsaslanan diplomatik kompromislə yekunlaşdı. Onun bütün tərəflər tərəfindən ratifikasiya prosesinin tezliklə başa çatdırılması regional sabitliyin maraqlarına və mütərəqqi inkişafına uyğundur", - məqaladə qeyd olunub.Eyni zamanda, qeyd olunub ki, beşliyin qarşısında duran bütün problemlər həll olunmayıb. Əlavə siyasi və diplomatik səylər tələb edən məsələlər var", - deyə nazirin məqaləsində qeyd edilib.Lavrov həmçinin sektorlararası əməkdaşlığın bir sıra əsas istiqamətləri üzrə beştərəfli sənədlər layihələrinin razılaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini qeyd edib:"Xüsusən də dəniz nəqliyyatı, axtarış-xilasetmə, naviqasiya təhlükəsizliyinin təmin edilməsi, dəniz elmi tədqiqatları, brakonyerlik və narkotik təhlükəsi ilə mübarizə sahəsində Tehran Konvensiyasının katibliyinin fəaliyyətinin proseduru ilə bağlı müzakirələr davam etdirilir".Rusiya XİN rəhbərinin sözlərinə görə, iqtisadi sahədə Xəzər dənizinin enerji və tranzit imkanlarından balanslaşdırılmış istifadəyə yönəlmiş işi zəiflətməmək vacibdir ki, bu da tərəflərin maraqlarının nəzərə alınmasını, eləcə də ekoloji təhlükəsizlik amillərini nəzərdə tutur:Vurğulanıb ki, konvensiyanın hazırlanması və qəbulu ilə paralel olaraq, beynəlxalq müqavilələrdə ardıcıl şəkildə kodlaşdırılan sektoral əməkdaşlıq prosesi uğurla inkişaf edir.O cümlədən, söhbət Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasından, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişdən, digər sahələrdə - nəqliyyat və logistikadan tutmuş fövqəladə halların aradan qaldırılmasına qədər əməkdaşlıq sazişlərindən gedir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445299375_76:0:2807:2048_1920x0_80_0_0_b00df38705ecb6f76ea2167d74f7a2c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin rəhbəri sergey lavrov, xəzəryanı ölkələr
rusiya xin rəhbəri sergey lavrov, xəzəryanı ölkələr
Xəzər beşliyinin qarşısında siyasi və diplomatik səylər tələb edən məsələlər var - Lavrov
Rusiya XİN rəhbəri həmçinin sektorlararası əməkdaşlığın bir sıra əsas istiqamətləri üzrə beştərəfli sənədlər layihələrinin razılaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini qeyd edib.
BAKI, 20 sentyabr — Sputnik. Xəzəryanı ölkələr - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizində birbaşa baza xətlərinin yaradılmasının metodologiyasına dair saziş layihələrini, eləcə də sektorlararası əməkdaşlıq sahəsində beştərəfli sənədləri razılaşdırmalıdırlar. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "International Affairs" jurnalında dərc olunan "Xəzər unikal mehriban qonşuluq regionudur" adlı məqaləsində deyilir.
"Tehran konvensiyasının razılaşdırılması üzrə danışıqlar prosesi 20 ildən çox davam etdi və maraqlar balansına əsaslanan diplomatik kompromislə yekunlaşdı. Onun bütün tərəflər tərəfindən ratifikasiya prosesinin tezliklə başa çatdırılması regional sabitliyin maraqlarına və mütərəqqi inkişafına uyğundur", - məqaladə qeyd olunub.
Eyni zamanda, qeyd olunub ki, beşliyin qarşısında duran bütün problemlər həll olunmayıb. Əlavə siyasi və diplomatik səylər tələb edən məsələlər var", - deyə nazirin məqaləsində qeyd edilib.
Lavrov həmçinin sektorlararası əməkdaşlığın bir sıra əsas istiqamətləri üzrə beştərəfli sənədlər layihələrinin razılaşdırılması prosesinin sürətləndirilməsinin zəruriliyini qeyd edib:"Xüsusən də dəniz nəqliyyatı, axtarış-xilasetmə, naviqasiya təhlükəsizliyinin təmin edilməsi, dəniz elmi tədqiqatları, brakonyerlik və narkotik təhlükəsi ilə mübarizə sahəsində Tehran Konvensiyasının katibliyinin fəaliyyətinin proseduru ilə bağlı müzakirələr davam etdirilir".
Rusiya XİN rəhbərinin sözlərinə görə, iqtisadi sahədə Xəzər dənizinin enerji və tranzit imkanlarından balanslaşdırılmış istifadəyə yönəlmiş işi zəiflətməmək vacibdir ki, bu da tərəflərin maraqlarının nəzərə alınmasını, eləcə də ekoloji təhlükəsizlik amillərini nəzərdə tutur:
"Regionumuzu ilk növbədə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin potensialını açmaqla Avrasiyanın ən böyük multimodal transkontinental nəqliyyat qovşaqlarından birinə çevirmək üçün hər cür şansı var".
Vurğulanıb ki, konvensiyanın hazırlanması və qəbulu ilə paralel olaraq, beynəlxalq müqavilələrdə ardıcıl şəkildə kodlaşdırılan sektoral əməkdaşlıq prosesi uğurla inkişaf edir.
O cümlədən, söhbət Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasından, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Sazişdən, digər sahələrdə - nəqliyyat və logistikadan tutmuş fövqəladə halların aradan qaldırılmasına qədər əməkdaşlıq sazişlərindən gedir.