https://sputnik.az/20220920/rusiya-ve-azerbaycan-genclerinin-istiraki-ile-forum-baslayib-446272264.html
Rusiya və Azərbaycan gənclərinin iştirakı ilə forum başlayıb
Rusiya və Azərbaycan gənclərinin iştirakı ilə forum başlayıb
Sputnik Azərbaycan
Forumun məqsədi Rusiya və Azərbaycanın gənc liderləri arasında humanitar əməkdaşlıq sahəsində praktiki qarşılıqlı fəaliyyətin səmərəli mexanizmlərini təqdim və... 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T15:21+0400
2022-09-20T15:21+0400
2022-09-20T15:21+0400
rusiya
rusiya
azərbaycan
gənclər
forum
https://cdnn1.img.sputnik.az/img/40713/44/407134446_0:0:2000:1125_1920x0_80_0_0_47874771aacb0e8043b39d8e0cb71786.jpg
BAKI, 20 sentyabr — Sputnik. "Nijni Novqorod yarmarkası"nda Rusiya və Azərbaycanın gənclər təşəbbüsçülərinin ikinci forumu açılıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.Forumun məqsədi Rusiya və Azərbaycanın gənc liderləri arasında humanitar əməkdaşlıq sahəsində praktiki qarşılıqlı fəaliyyətin səmərəli mexanizmlərini təqdim və tətbiq etməkdir. Rusiya tərəfdən tədbirin təşkilatçıları Rusiya Elm və Ali Təhsil Nazirliyi, Rosmolodej, Nijni Novqorod vilayətinin hökuməti, Rusiya Texnologiya Universiteti, Azərbaycan tərəfdən - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir."Rusiya və Azərbaycanı müəyyən bir ümumi tarixi dövr bağlayır. Rusiya bizim qonşumuzdur, mehriban qonşuluq isə Azərbaycanın milli ənənəsidir. Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk", - Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.Forumun iştirakçıları 18 yaşdan 35 yaşa qədər 100 Rusiya və Azərbaycan vətəndaşı - gənclər hərəkatlarının liderləri, gənclərin ictimai təşkilatlarının nümayəndələri, tələbələr, həmçinin Rusiya və Azərbaycanda gənclər siyasətini həyata keçirən struktur və idarələrin nümayəndələri olub.Nijni Novqorod vilayətinin qubernatorunun müavini Andrey Qneuşev deyib: "Burada könüllülük, elm, biznes sahəsində gənclərin fəal nümayəndələri toplaşıb. Forumun keçirilməsi, məncə, hər iki ölkə üçün faydalı olacaq".Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər Siyasəti İdarəsinin rəisi vəzifəsini icra edən Aleksandr Vedexinin qeyd edib ki, bu gün Rusiyada və Azərbaycanda ölkələrimizin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər keçirilir: "Bugünkü forum ölkələrimizin gənclərinə müxtəlif təşəbbüslərin həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq imkanı verir".Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin birinci forumu 2022-ci il martın əvvəlində Azərbaycanın Qusar rayonunda keçirilib. Rusiya və Azərbaycandan olan ixtisaslaşmış ekspertlər liderlik və idarəetmə bacarıqlarının inkişafı, gənclərin sosial fəaliyyətinə dəstək, təhsil layihələri və internet məkanında qarşılıqlı fəaliyyət sahəsində ən yaxşı təcrübə və təşəbbüsləri təqdim ediblər. Forumun yekunu olaraq tərəflər humanitar əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkənin gəncləri arasında əlaqələrin intensivləşdirilməsi və qarşılıqlı inteqrasiyanın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40713/44/407134446_220:0:2000:1335_1920x0_80_0_0_3fd54e374675e88ce09edad96b4737e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, azərbaycan, gənclər, forum
rusiya, azərbaycan, gənclər, forum
Rusiya və Azərbaycan gənclərinin iştirakı ilə forum başlayıb
Forumun məqsədi Rusiya və Azərbaycanın gənc liderləri arasında humanitar əməkdaşlıq sahəsində praktiki qarşılıqlı fəaliyyətin səmərəli mexanizmlərini təqdim və tətbiq etməkdir.
BAKI, 20 sentyabr — Sputnik. "Nijni Novqorod yarmarkası"nda Rusiya və Azərbaycanın gənclər təşəbbüsçülərinin ikinci forumu açılıb. Bu barədə RİA Novosti-nin müxbiri xəbər verir.
Forumun məqsədi Rusiya və Azərbaycanın gənc liderləri arasında humanitar əməkdaşlıq sahəsində praktiki qarşılıqlı fəaliyyətin səmərəli mexanizmlərini təqdim və tətbiq etməkdir. Rusiya tərəfdən tədbirin təşkilatçıları Rusiya Elm və Ali Təhsil Nazirliyi, Rosmolodej, Nijni Novqorod vilayətinin hökuməti, Rusiya Texnologiya Universiteti, Azərbaycan tərəfdən - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyidir.
"Rusiya və Azərbaycanı müəyyən bir ümumi tarixi dövr bağlayır. Rusiya bizim qonşumuzdur, mehriban qonşuluq isə Azərbaycanın milli ənənəsidir. Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk", - Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.
Forumun iştirakçıları 18 yaşdan 35 yaşa qədər 100 Rusiya və Azərbaycan vətəndaşı - gənclər hərəkatlarının liderləri, gənclərin ictimai təşkilatlarının nümayəndələri, tələbələr, həmçinin Rusiya və Azərbaycanda gənclər siyasətini həyata keçirən struktur və idarələrin nümayəndələri olub.
Nijni Novqorod vilayətinin qubernatorunun müavini Andrey Qneuşev deyib: "Burada könüllülük, elm, biznes sahəsində gənclərin fəal nümayəndələri toplaşıb. Forumun keçirilməsi, məncə, hər iki ölkə üçün faydalı olacaq".
Rusiyanın Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər Siyasəti İdarəsinin rəisi vəzifəsini icra edən Aleksandr Vedexinin qeyd edib ki, bu gün Rusiyada və Azərbaycanda ölkələrimizin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş müxtəlif tədbirlər keçirilir: "Bugünkü forum ölkələrimizin gənclərinə müxtəlif təşəbbüslərin həyata keçirilməsində təcrübə mübadiləsi aparmaq imkanı verir".
Rusiya və Azərbaycanın gənclər təşəbbüslərinin birinci forumu 2022-ci il martın əvvəlində Azərbaycanın Qusar rayonunda keçirilib. Rusiya və Azərbaycandan olan ixtisaslaşmış ekspertlər liderlik və idarəetmə bacarıqlarının inkişafı, gənclərin sosial fəaliyyətinə dəstək, təhsil layihələri və internet məkanında qarşılıqlı fəaliyyət sahəsində ən yaxşı təcrübə və təşəbbüsləri təqdim ediblər. Forumun yekunu olaraq tərəflər humanitar əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkənin gəncləri arasında əlaqələrin intensivləşdirilməsi və qarşılıqlı inteqrasiyanın daha da gücləndirilməsi barədə razılığa gəliblər.