Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin müdafiə sənayesi müəssisələrinin istehsal gücünün artırılması barədə

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidPutin
Putin  - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
O bildirib ki, hərbi sənaye kompleksinin müəssisələri isə indiki şəraitdə istehsalatlarını yenidən qurur və özləri də cəbhə bölgəsinə ezamiyyətə gedirlər.
BAKI, 20 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin bir sıra müdafiə sənayesi müəssisələrinin istehsal gücünün artırılmasının zəruriliyini açıqlayıb. Rusiya prezidenti bunu Kremldə hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərləri ilə görüşündə bildirib.
"Biz bir sıra müdafiə sənayesi müəssisələrinin istehsal güclərini artırmalıyıq və lazım gəldikdə onları modernləşdirməliyik", - Putin deyib.
O bildirib ki, hərbi sənaye kompleksinin müəssisələri isə indiki şəraitdə istehsalatlarını yenidən qurur və özləri də cəbhə bölgəsinə ezamiyyətə gedirlər.
"Bu gün ölkəmizin üzləşdiyi vəziyyəti, çağırışları və təhdidləri nəzərə alaraq, müdafiə sənayesi müəssisələri gərgin, intensiv rejimdə işləyir", - Rusiya rəhbəri bildirib.
Onun sözlərinə görə, iş kollektivləri real döyüş əməliyyatları təcrübəsinə əsaslanaraq, qeyri-standart tapşırıqları operativ həll edir, istehsalı yenidən qurur və məhsulları təkmilləşdirir.
Vladimir Putin öz çıxışında silah sənayesi nümayəndələrini də peşə bayramı münasibətilə təbrik edib.
"Dünən ölkəmiz “Silah ustası günü”nü qeyd etdi və mən sizi və yerli hərbi sənaye kompleksinin bütün işçilərini peşə bayramları münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Vicdanlı əməyinizə, bütün ömrünüzü həsr etdiyiniz böyük və çox mühüm işə fədakarlığınıza görə Sizə təşəkkür edirəm".
Xəbər lenti
0