QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan hərbçilərinə aid daha 95 meyit qarşı tərəfə təhvil verilib

© AFP 2024 / YE AUNG THUMeyit, arxiv şəkli
Meyit, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Ölkənin Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir ki, Azərbaycanla sərhəddəki toqquşmalardan sonra ölən və itkin düşən erməni hərbçilərinin sayı 207-yə çatıb.
BAKI, 20 sentyabr - Sputnik. Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini bir daha nümayiş etdirərək cari ilin sentyabrın 20-də 95 erməni hərbçisinin meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib.
Bildirilib ki, Ermənistan hərbçilərinin cəsədlərinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı humanitar proses davam etdiriləcək.
Qeyd olunur ki, bundan əvvəl 32 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilib.
Ermənistan baş naziri Nikol Paşinyanın sədrliyi ilə keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda deyilir ki, Azərbaycanla sərhəddəki toqquşmalardan sonra ölən və itkin düşən erməni hərbçilərinin sayı 207-yə çatıb.
"Toqquşmalar nəticəsində ölən və itkin düşənlərin sayı 207-yə çatıb, onlardan üçü mülki şəxsdir", - deyə məlumatda bildirilib.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0