Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada şaxtaya davamlı dizel yanacağının qıtlığı riski var - Yevgeni Arkuşa

© AP Photo / Rogelio V. SolisYanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması
Yanacaqdoldurma məntəqəsində plastik qaba yanacağın doldurulması - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Rusiyada dizel istisna olmaqla, yanacağın qiyməti ilin əvvəlindən etibarən demək olar ki, dəyişməyib. Bu, istehsalın artması fonunda ixracın azalması ilə əlaqədardır.
BAKI, 19 sentyabr — Sputnik. Rusiyada qış dizel yanacağı qıtlığı riski var. Bunu Rusiya Yanacaq İttifaqının (RYİ) prezidenti Yevgeni Arkuşa deyib.
"Qış dizeli, yəni dizel yanacağının şaxtaya davamlı növləri ilə bağlı vəziyyət müəyyən narahatlıqlar doğurur. Ölkəmizdə həmişə onunla bağlı problemlər olub. Qorxuram ki, bu il də müəyyən çətinliklər yarana bilər", - deyə Arkuşa bildirib.
Onun sözlərinə görə, Belarusdan dizelin tədarükü hesabına bu sahədə çətin vəziyyətdən xilas olmaq olar.
Arkuşa artıq Belarusla müvafiq danışıqların aparıldığını bildirib.
RYİ-nin rəhbəri qeyd edib ki, digər tərəfdən, Rusiyada yanacaq bazarında vəziyyət sabit olaraq qalır. Xüsusilə, dizel istisna olmaqla yanacağın qiyməti ilin əvvəlindən etibarən demək olar ki, dəyişməyib. Bu, istehsalın artması fonunda ixracın azalması ilə əlaqədardır.
Jurnalist Bleyz Malli deyib ki, Avropa İttifaqında Rusiya nefti uğrunda mübarizə başlayır və enerji resursuna yüksək qiymət həddi tətbiq olunarsa, o, daha da güclənəcək.
Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak isə bildirib ki, Rusiya yanacağına yüksək qiymət həddinin müəyyənləşdirilməsini dəstəkləyən ölkələrə RF neft tədarükü etməyəcək.
Baş nazirin müavininin sözlərinə görə, yanacağın qiymətinə limitin müəyyən edilməsi tamamilə absurddur və neft sahəsinin bazar mexanizmlərini dəyişdirmək cəhdləri isə onu sabitsizləşdirir və neft bazarına təhlükə yaradır. Bu da, bütün dünyanın enerji təhlükəsizliyi sahəsində fəlakətə səbəb ola bilər.
Xəbər lenti
0