Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Prezident İlham Əliyev Sərəncam imzalayıb

© Sputnik / Sergey Bobylev / POOL / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев на заседании в расширенном составе глав стран - участниц Шанхайской организации сотрудничества (ШОС), глав стран - наблюдателей ШОС, глав приглашенных государств и глав приглашенных международных организаций.
Президент Азербайджана Ильхам Алиев на заседании в расширенном составе глав стран - участниц Шанхайской организации сотрудничества (ШОС), глав стран - наблюдателей ШОС, глав приглашенных государств и глав приглашенных международных организаций. - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.
BAKI, 19 sentyabr — Sputnik. Bakı metropoliteni işçilərinin peşə bayramının vaxtı dəyişdirilib.
Bununla bağlı Prezident İlham Əliyev "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 oktyabr tarixli 1758 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı metropoliteni işçilərinin peşə bayramı noyabrın 8-dən 6-na keçirilib.
XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdi. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Bununla da yerüstü nəqliyyatın işini yüngülləşdirmək və şəhərin darısqal küçələrini nəqliyyatdan təmizləmək mümkün olurdu.
Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başladı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12.1 km-lik xəttinin inşasına başlanıldı. Baş yolun xətləri dəniz sahilindən 500–700 m aralı keçərək buxtaya paralel surətdə uzanıb gedirdi.
1953-cü ildə tikinti işləri müvəqqəti dayandırıldı və yalnız 1960-cı ildə bərpa olundu. Bu da Bakı metrosunun istismara verilməsini xeyli gecikdirdi.
1966-cı ildə tərkibində hərəkət, hərəkət qatarları, yol və tunel qurğuları, sanitariya texnikası və elektromexanika, işarəvermə və rabitə, material-texniki təminat xidmətləri kimi 6 xidməti olan Bakı Metropoliteni İdarəsi yaradıldı.
1967-ci il noyabrın 6-da Bakı şəhərində metronun 5 stansiyası və 9.2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verildi, həmin stansiyalardan 4-ü böyük dərinlikdəydi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən "Xətai" stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdi. 25 noyabr 1967-ci ildən metronun daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.
Xəbər lenti
0