https://sputnik.az/20220919/peskovdan-pelosinin-revana-seferine-munasibet-446223918.html
Peskovdan Pelosinin İrəvana səfərinə münasibət
Peskovdan Pelosinin İrəvana səfərinə münasibət
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin... 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T14:47+0400
2022-09-19T14:47+0400
2022-09-19T14:47+0400
peskov
rusiya
vladimir putinin köməkçisi dmitri peskov
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520356_0:0:3007:1691_1920x0_80_0_0_cc92467b7c87bd5400cf61ee54448dbd.jpg
BAKI, 19 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə töhfə verəcəksə, Rusiya bunu alqışlamağa hazırdır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib."Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda bu normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü aksiyalarla və bəyanatlarla? Gəlin izləyək, zamanla hər şey aydın olacaq", - deyə Peskov bildirib.ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistan müstəqillik əldə etdikdən sonra ilk səfəri idi. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frenk Pallone, Anna Eşu və Ceki Spier daxil idi.Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar basdırmağa başlayıblar.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
https://sputnik.az/20220919/abs-konqresinden-nensi-pelosi-ile-bagli-derhal-tedbir-gorulmesi-teleb-edildi-446224065.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437520356_0:0:2731:2048_1920x0_80_0_0_5b0772cae920f80cb2ec456c2fd83e50.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, vladimir putinin köməkçisi dmitri peskov
peskov, vladimir putinin köməkçisi dmitri peskov
Peskovdan Pelosinin İrəvana səfərinə münasibət
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər.
BAKI, 19 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri həqiqətən də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə töhfə verəcəksə, Rusiya bunu alqışlamağa hazırdır. Bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Sözdə deyil, əməldə, ucadan, populist deyil, reallıqda, sakit və işgüzar şəkildə olan hər şey münasibətlərin normallaşmasına, sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər. Bu cür insanlar reallıqda bu normallaşmaya öz töhfəsini verə bilərmi? Səs-küylü aksiyalarla və bəyanatlarla? Gəlin izləyək, zamanla hər şey aydın olacaq", - deyə Peskov bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistan müstəqillik əldə etdikdən sonra ilk səfəri idi. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frenk Pallone, Anna Eşu və Ceki Spier daxil idi.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar basdırmağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.