https://sputnik.az/20220918/rusiya-tehlukesizlik-surasinin-katibi-cine-niye-gedir-446191530.html
Rusiya Təhlükəsizlik Şurasının katibi Çinə niyə gedir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Çinə niyə gedir?
Sputnik Azərbaycan
Nikolay Patruşev pandemiyanın başlanmasından bəri ilk dəfə Rusiya-Çin məsləhətləşmələri üçün Pekinə səfər edəcək. 18.09.2022, Sputnik Azərbaycan
2022-09-18T11:32+0400
2022-09-18T11:32+0400
2022-09-18T12:03+0400
rusiya
çin
nikolay patruşev
https://cdnn1.img.sputnik.az/img/40068/91/400689190_0:61:1008:628_1920x0_80_0_0_4392891e845485794162e5e7943d6da0.jpg
BAKI, 18 sentyabr - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 19-da, bazar ertəsi Çinə səfər edəcək və orada təhlükəsizliyin müxtəlif aspektləri üzrə Rusiya-Çin məsləhətləşmələri aparacaq.Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.“Nikolay Patruşev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tszeçi ilə strateji sabitlik, ÇKP MK Siyasi Bürosunun digər üzvü Quo Şenqkun ilə isə ictimai təhlükəsizlik, ədliyyə və asayiş məsələləri üzrə Rusiya-Çin məsləhətləşmələri aparacaq", - mətbuat xidmətinin məlumatında bildirilib. Patruşev mütəmadi olaraq çinli həmkarları ilə görüşlər keçirir. Bu görüşlər zamanı Moskva və Pekin arasında regional və qlobal təhlükəsizliyin aktual problemləri, müxtəlif çağırış və təhdidlərə qarşı işbirliyi məsələləri müzakirə edilir.25 may 2021-ci il tarixində Moskvada keçirilmiş Rusiya-Çin strateji təhlükəsizlik məsləhətləşmələrinin 16-cı raundunun yekunlarına əsasən, Patruşev və Yan Tszeçi bildiriblər ki, Moskva və Pekin ikitərəfli münasibətləri qurmağa, milli, regional və qlobal təhlükəsizliyi qorumağa, ədalətli dünya nizamını qorumağa hazırdır.O zaman müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində Rusiya-Çin münasibətlərinin geniş spektri müzakirə olunurdu. Rusiya ilə ÇXR arasında çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətə, beynəlxalq və regional təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirilib. Strateji sabitlik məsələləri, o cümlədən Əfqanıstan, Yaxın Şərq və Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, N. Patruşev pandemiyanın başlanmasından bəri ilk dəfə Çinə səfər edəcək. O, sonuncu dəfə 2019-cu ilin dekabrında Pekin və Şanxayda səfərdə olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40068/91/400689190_46:0:962:687_1920x0_80_0_0_edd74938bad9a74f07122ca159c6b745.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çin, nikolay patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Çinə niyə gedir?
11:32 18.09.2022 (Yenilənib: 12:03 18.09.2022) Nikolay Patruşev pandemiyanın başlanmasından bəri ilk dəfə Rusiya-Çin məsləhətləşmələri üçün Pekinə səfər edəcək.
BAKI, 18 sentyabr - Sputnik. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 19-da, bazar ertəsi Çinə səfər edəcək və orada təhlükəsizliyin müxtəlif aspektləri üzrə Rusiya-Çin məsləhətləşmələri aparacaq.
Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti məlumat yayıb.
“Nikolay Patruşev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Yan Tszeçi ilə strateji sabitlik, ÇKP MK Siyasi Bürosunun digər üzvü Quo Şenqkun ilə isə ictimai təhlükəsizlik, ədliyyə və asayiş məsələləri üzrə Rusiya-Çin məsləhətləşmələri aparacaq", - mətbuat xidmətinin məlumatında bildirilib.
Patruşev mütəmadi olaraq çinli həmkarları ilə görüşlər keçirir. Bu görüşlər zamanı Moskva və Pekin arasında regional və qlobal təhlükəsizliyin aktual problemləri, müxtəlif çağırış və təhdidlərə qarşı işbirliyi məsələləri müzakirə edilir.
25 may 2021-ci il tarixində Moskvada keçirilmiş Rusiya-Çin strateji təhlükəsizlik məsləhətləşmələrinin 16-cı raundunun yekunlarına əsasən, Patruşev və Yan Tszeçi bildiriblər ki, Moskva və Pekin ikitərəfli münasibətləri qurmağa, milli, regional və qlobal təhlükəsizliyi qorumağa, ədalətli dünya nizamını qorumağa hazırdır.
O zaman müxtəlif sahələrdə, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində Rusiya-Çin münasibətlərinin geniş spektri müzakirə olunurdu. Rusiya ilə ÇXR arasında çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyətə, beynəlxalq və regional təhlükəsizlik problemlərinə xüsusi diqqət yetirilib. Strateji sabitlik məsələləri, o cümlədən Əfqanıstan, Yaxın Şərq və Asiya-Sakit okean regionunda vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, N. Patruşev pandemiyanın başlanmasından bəri ilk dəfə Çinə səfər edəcək. O, sonuncu dəfə 2019-cu ilin dekabrında Pekin və Şanxayda səfərdə olub.