Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyil

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi ABŞ-ın təxribatçı hərəkətləri ilə bağlı Rusiya və Çinin mövqelərinin tamamilə eyni olduğunu vurğulayıb.
BAKI, 18 sentyabr — Sputnik. Rusiya Federasiyası və Çin bütün dünyanı idarə etmək iddiasında deyil, lakin bəzi ölkələr belə meyilliyə malikdirlər.
Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "Rossiya-1" telekanalında jurnalist Pavel Zarubinlə müsahibəsində deyib.
"İkitərəfli münasibətlərini həyata keçirərkən məhz Rusiya və Çin bütün dünyanı idarə etmək iddiasında deyil. Lakin biz bilirik ki, başqa ölkələrdə belə meyllər var", - deyə Peskov bildirib.
Mətbuat katibi həmçinin "ABŞ-ın təxribatçı hərəkətləri ilə bağlı Rusiya və Çinin mövqelərinin tamamilə eyni olduğunu" qeyd edib. Peskov əlavə edib ki, Moskva və Pekin ABŞ-ın sabitliyi pozan hərəkətlərini yolverilməz hesab edir.
Xatıqladaq ki, Rusiya və Çin liderləri Vladimir Putin və Si Tszinpin bu həftə Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər. Onlar ikitərəfli danışıqlar aparıblar, Monqolustan Prezidenti ilə üçtərəfli formatda söhbət ediblər və ŞƏT Dövlət Başçıları Şurasının iclasında iştirak ediblər.
Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, görüşlər zamanı bütün əsas məsələlər müzakirə olunub. Si Tszinpin Çinin Rusiya ilə birgə işləməyə və bir-birinin əsas maraqlarına toxunan məsələlərdə qarşılıqlı dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Xəbər lenti
0