Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putinlə “məhsuldar” görüşün “yaxşı nəticə”sinə ümid edir

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 17.09.2022
Abunə olmaq
İki ölkə liderlərinin görüşündə ikitərəfli münasibətlərimiz, eləcə də aktual qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 17 sentyabr - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü “məhsuldar” adlandırıb və “yaxşı nəticələrə” ümid edib. RİA Novosti-nin xəbərinə görə, bu barədə Ərdoğan Səmərqənddən qayıdarkən jurnalistlərə deyib.
Xatırladaq ki, Ərdoğan və Putin cümə günü Səmərqənddə görüşüblər.
Rusiya liderinin sözlərinə görə, tərəflər Rusiya qazının Türkiyəyə tədarükünün 25%-ni rublla ödənilməsi barədə razılaşıb və "Akkuyu" AES-in tikintisində yaranan problemləri həll ediblər.

“Sammit çərçivəsində Azərbaycan, Çin, Monqolustan, Özbəkistan, Rusiya və İran prezidentləri, Pakistan və Hindistanın baş nazirləri ilə də səmərəli ikitərəfli görüşlər keçirdik. Görüşlər zamanı biz ikitərəfli münasibətlərimiz, eləcə də aktual qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Ümid edirəm ki, məsləhətləşmələrimiz və təmaslarımız yaxşı nəticələrə gətirib çıxaracaq”, - deyə Ərdoğan jurnalistlərə bildirib.

Türkiyə prezidenti həmçinin ölkəsinin Rusiya kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılması üçün Rusiya ilə tədbirlərin həyata keçirilməsini davam etdirməyə razı olduğunu açıqlayıb.
Xatırladaq ki, İyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü problemlərinin həlli ilə bağlı iki müvafiq sənəd imzalanıb. Sənədlər vahid paket təşkil edir.
Birincisi, memorandum BMT-nin Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına qoyulan müxtəlif məhdudiyyətləri aradan qaldırmaq öhdəliyini öz üzərinə götürür.
İkincisi, Ukraynanın nəzarətində olan Qara dəniz limanlarından Ukrayna kənd təsərrüfatı məhsullarının ixracı alqoritmini müəyyənləşdirir. Bununla belə, Moskva qeyd edir ki, Rusiya Federasiyasından ixrac baxımından sövdələşmə hələ ki, işləmir.
“Əlbəttə, həm Rusiyadan, həm də Ukraynadan gələn bütün növ məhsullar üçün - taxıl məhsulları, gübrələr və s. ola bilər, biz hər bir ölkə ilə mütləq danışıqlar aparırıq. İstər Xarici İşlər Nazirliyi, istərsə də aidiyyatı idarələr olsun, biz müvafiq addımlar atırıq, həmkarlarımızla müzakirə edirik. İndiyə qədər biz bu cür qarşılıqlı danışıqlar və məsləhətləşmələrlə addımlar atdığımızdan belə ciddi problemlər yaşanmayıb. Cənab Putinlə burada (Səmərqənddə) görüşümüzdə də eyni ehtiyatla bu prosesi davam etdirməyə razılaşdıq”.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə şirkəti Rusiya tərəfi ilə "Akkuyu" atom elektrik stansiyası ilə bağlı razılığa gəlib. Onun sözlərinə görə, AES-inaçılış mərasimi 2023-cü ilə planlaşdırılıb.
Qeyd edək ki, "Akkuyu” qlobal nüvə sənayesində “qur-sahib ol-işlət” modelinə uyğun həyata keçirilən ilk layihədir. Tikintinin dəyəri təxminən 20 milyard dollar təşkil edir. "Akkuyu" layihəsi nüvə enerjisi sənayesində bütün müasir beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir.
Xəbər lenti
0