https://sputnik.az/20220917/azerbaycanla-rusiyaarasinda-sermaye-qoyulusu-ve-ixrac-imkanlari-muzakire-olunub-446176762.html
Azərbaycanla Rusiya arasında sərmayə qoyuluşu və ixrac imkanları müzakirə olunub
Azərbaycanla Rusiya arasında sərmayə qoyuluşu və ixrac imkanları müzakirə olunub
Sputnik Azərbaycan
Sentyabrın 15-də Rusiyanın Ryazan vilayətinin işgüzar missiyasının səfəri çərçivəsində Bakıda sərgi salonu açılıb. Vilayətin 57 şirkətinin təmsil olunduğu... 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T14:04+0400
2022-09-17T14:04+0400
2022-09-17T14:05+0400
rusiya
azərbaycan
ryazan
investisiya
ixrac
azpromo
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446176435_0:52:1000:615_1920x0_80_0_0_68eceee8c476c369d4f434200694b7af.jpg
BAKI, 17 sentyabr - Sputnik. Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.AZPROMO-dan Azərtac-a verilən məlumata görə, Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.Görüşdə tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.Xatırladaq ki, sentyabrın 15-də Rusiya Federasiyasının Ryazan vilayətinin işgüzar missiyasının səfəri çərçivəsində Bakıda 500 müxtəlif növ malların təqdim olunduğu sərgi salonu açılıb.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Rusiya Federasiyasının Ryazan vilayətinin şirkətlərini onların istehsalının lokallaşdırılması üçün Azərbaycan bazarının imkanlarını nəzərdən keçirməyə dəvət edib. Bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda Ryazan istehsalçılarının mallarının sərgi salonunun açılışında deyib."Biz şirkətləri öz istehsallarını lokallaşdırmaq üçün Azərbaycan bazarını nəzərdən keçirməyə dəvət etdik. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün yaxşı infrastruktur var. Bu məsələ müzakirə olunur", - deyə Abdullayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib.O həmçinin bildirib ki, Ryazan istehsalçılarına Azərbaycanda sərgi salonlarının açılması təcrübəsinin bir neçə il əvvəl tətbiq olunduğu barədə məlumat verilib. Daha sonra ölkədə dünyanın müxtəlif ölkələrindən beş sərgi salonu təşkil edilib:“Bu, altıncıdır və ümid edirik ki, öz məhsullarını təqdim edən şirkətlər Azərbaycanda idxalçı tapa biləcəklər. Bizə məlumat verilib ki, 400 min dollara yaxın ilk müqavilələrin inkişafı, müzakirələri var”.Biznes missiyasına regionun baş nazirinin müavini Artyom Nikitin rəhbərlik edir. Onun sözlərinə görə, Ryazan istehsalçılarının məhsullarına Azərbaycan bazarında tələbat olacaq, çünki biznes missiyası hazırlanarkən iki mühüm sənəd - Azərbaycanın 2026-cı ilə qədər sosial-iqtisadi inkişafı strategiyası və 2026-cı ilədək Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üzrə Fəaliyyət Planı təhlil edilib.Bu sənədləri təhlil etdikdən sonra biz bu gün burada, yerli bazarda maraq doğuracaq məhsullar istehsal edən şirkətləri seçmişik”, - deyə Nikitin bildirib.Vilayətin 57 şirkətinin təmsil olunduğu sərgi salonu bir ay açıq olacaq.
azərbaycan
ryazan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446176435_56:0:944:666_1920x0_80_0_0_39953fc00a6dc7c2bd82d3678f842dd1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, ryazan, investisiya, ixrac, azpromo
azərbaycan, ryazan, investisiya, ixrac, azpromo
Azərbaycanla Rusiya arasında sərmayə qoyuluşu və ixrac imkanları müzakirə olunub
14:04 17.09.2022 (Yenilənib: 14:05 17.09.2022) Sentyabrın 15-də Rusiyanın Ryazan vilayətinin işgüzar missiyasının səfəri çərçivəsində Bakıda sərgi salonu açılıb. Vilayətin 57 şirkətinin təmsil olunduğu sərgi salonu bir ay açıq olacaq.
BAKI, 17 sentyabr - Sputnik. Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərlik etdiyi nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub.
AZPROMO-dan Azərtac-a verilən məlumata görə, Agentliyin rəhbəri Yusif Abdullayev qurumun fəaliyyət istiqamətləri, əsas hədəfləri, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi sahəsində birgə görülən işlər haqqında danışıb.
Rusiya Federasiyasının Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Ryazan vilayətinin biznes imkanlarından bəhs edib, əməkdaşlığın inkişafının önəmini vurğulayıb.
Görüşdə tərəflər arasında qarşılıqlı investisiya və ixrac imkanları barədə informasiya mübadiləsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, sentyabrın 15-də Rusiya Federasiyasının Ryazan vilayətinin işgüzar missiyasının səfəri çərçivəsində Bakıda 500 müxtəlif növ malların təqdim olunduğu sərgi salonu açılıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Rusiya Federasiyasının Ryazan vilayətinin şirkətlərini onların istehsalının lokallaşdırılması üçün Azərbaycan bazarının imkanlarını nəzərdən keçirməyə dəvət edib. Bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda Ryazan istehsalçılarının mallarının sərgi salonunun açılışında deyib.
"Biz şirkətləri öz istehsallarını lokallaşdırmaq üçün Azərbaycan bazarını nəzərdən keçirməyə dəvət etdik. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün yaxşı infrastruktur var. Bu məsələ müzakirə olunur", - deyə Abdullayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
O həmçinin bildirib ki, Ryazan istehsalçılarına Azərbaycanda sərgi salonlarının açılması təcrübəsinin bir neçə il əvvəl tətbiq olunduğu barədə məlumat verilib. Daha sonra ölkədə dünyanın müxtəlif ölkələrindən beş sərgi salonu təşkil edilib:
“Bu, altıncıdır və ümid edirik ki, öz məhsullarını təqdim edən şirkətlər Azərbaycanda idxalçı tapa biləcəklər. Bizə məlumat verilib ki, 400 min dollara yaxın ilk müqavilələrin inkişafı, müzakirələri var”.
Biznes missiyasına regionun baş nazirinin müavini Artyom Nikitin rəhbərlik edir. Onun sözlərinə görə, Ryazan istehsalçılarının məhsullarına Azərbaycan bazarında tələbat olacaq, çünki biznes missiyası hazırlanarkən iki mühüm sənəd - Azərbaycanın 2026-cı ilə qədər sosial-iqtisadi inkişafı strategiyası və 2026-cı ilədək Rusiya Federasiyası ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üzrə Fəaliyyət Planı təhlil edilib.
Bu sənədləri təhlil etdikdən sonra biz bu gün burada, yerli bazarda maraq doğuracaq məhsullar istehsal edən şirkətləri seçmişik”, - deyə Nikitin bildirib.
Vilayətin 57 şirkətinin təmsil olunduğu sərgi salonu bir ay açıq olacaq.