Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN Ursula fon der Lyayenin bəyanatına münasibət bildirdi

© AFP 2024 / JOHN THYSUrsula fon der Lyayen
Ursula fon der Lyayen - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Rusiya XİN rəsmisinin sözlərinə görə, Ursula fon der Lyayen müharibə dövrünün lideri roluna o qədər canfəşanlıq edir ki, o, açıq şəkildə mandatından kənara çıxıb.
BAKI, 16 sentyabr — Sputnik. Moskva Avropa İttifaqının daxili inkişafının qayğısına qalmaq əvəzinə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin təxribat və eskalasiya yolu ilə getməyə davam etməsinə təəssüflənir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Avropa Komissiyasının rəhbərinin Rusiyanın Aİ-nin iqtisadiyyatına, enerjisinə və dəyərlərinə qarşı müharibəyə başladığı barədə bəyanatı ölkəmizə qarşı daha kəskin bəyanatlar səsləndirmək üçün yarışan avropalı siyasətçilər arasında liderliyə növbəti cəhddir", - XİN rəsmisi bildirib.
Zaxarova əlavə edib ki, Ursula fon der Lyayen müharibə dövrünün lideri roluna o qədər canfəşanlıq edir ki, o, açıq şəkildə mandatından kənara çıxıb, Aİ-nin xarici siyasət prinsiplərini formalaşdırmaq üçün üzv dövlətlərin səlahiyyətini öz üzərinə götürüb.
Sentyabrın 14-də Ursula fon der Lyayen Aİ-də artan elektrik enerjisi və qaz qiymətləri ilə bağlı tənqidlər fonunda narazı fransız deputat Manon Aubriyə elektrik enerjisi haqqını Moskvaya göndərməyi təklif edib. O əlavə edib ki, qiymətin bahalaşmasının səbəbi oradadır.
Bundan əvvəl Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Aİ ölkələri Avropa Komissiyasının təklif etdiyi tədbirlər sayəsində Rusiya ilə enerji müharibəsində qalib gələ biləcəklər.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0