Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Ərdoğana təşəkkür etdi

© Sputnik / Александр Демьянчук Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı
 Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan görüş zamanı - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Rusiya prezidenti ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüş zamanı Ərdoğana taxıl sazişinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib.
BAKI, 16 sentyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ukrayna limanlarından taxıl ixracına dair əldə olunan razılaşmaların həyata keçirilməsinə verdiyi töhfəyə görə təşəkkür edib.
Rusiya prezidenti ŞƏT sammiti çərçivəsində Səmərqənddə keçirilən görüş zamanı Ərdoğana taxıl sazişinin həyata keçirilməsinə görə təşəkkürünü bildirib.
“İlk növbədə, ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə sizə bir daha təşəkkür etmək istərdim. Siz bu gün bunu da qeyd etdiniz, mən Ukrayna taxılının ixracını nəzərdə tuturam", - deyə Putin qeyd edib.
Türkiyə Rusiyadan idxal etdiyi qazın 25 faizinin dəyərini rublla ödəyəcək
Türkiyə Rusiyadan idxal etdiyi qazın dörddə birinin - 25 faizinin dəyərini rublla ödəyəcək.
Bunu Rusiya prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
Putin Türkiyəyə qaz tədarükünün bütün istiqamətlərdə artırılacağını söyləyib.
“Türkiyə enerji resurslarımızın, o cümlədən qazın təkcə öz ehtiyacları üçün deyil, həm də Avropa İttifaqı ölkələrinə tədarükü üçün ən etibarlı marşrutlardan birinə çevrilib. Avropaya qaz nəqli "Türk axını" ilə fasiləsiz həyata keçirilir”, - Rusiya Prezidenti vurğulayıb.
"Çox istərdim ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Akkuyu AES istifadəyə verilsin"
Putin Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün problemli məsələlərinhəll olunduğunu, yekun sənədlərin imzalandığını da qeyd edib.
"Tikinti prosesinin özünün təşkili ilə bağlı müəyyən məsələlər var idi. Bildiyimə görə, bütün bu məsələlər həll olunub. Dünən bu böyük tikinti layihəsinin tərəfləri arasında bütün münasibətləri tənzimləyən yekun sənədlər imzalanıb. Çox istərdim ki, ilk blok razılaşdığımız kimi vaxtında, yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı 2023-cü ildə istifadəyə verilsin”, - deyə Rusiya prezidenti vurğulayıb.
Xəbər lenti
0