Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Avropanın Rusiya gübrələrinə qoyduğu məhdudiyyətlə bağlı BMT-yə çağırış edib

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Putin Rusiyanın inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə göndərməyə hazır olduğunu təsdiqləyib
BAKI, 16 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin BMT katibliyini Avropa İttifaqından (Aİ) Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
Bu barədə Rusiya prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammitində çıxışında bildirib.
O, BMT katibliyini Avropa Komissiyasının qərarına təsir göstərməyə və Aİ-dən Rusiya gübrələrinin üçüncü ölkələrə ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tələb etməyə çağırıb.
Putin Rusiya Federasiyasının inkişaf etməkdə olan ölkələrə pulsuz olaraq 300 min ton gübrə göndərməyə hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin liderləri cümə günü Səmərqənddə dar tərkibdə sammitin iclasına başlayıb.
Bundan əlavə cümə günü Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası planlaşdırılır. İclasın nəticələrinə əsasən ŞƏT-in Səmərqənd Bəyannaməsi və bir sıra digər sənədlər imzalanacaq.
Xəbər lenti
0