Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidВид на город со смотровой площадки в Баку.
Вид на город со смотровой площадки в Баку. - Sputnik Azərbaycan, 1920, 16.09.2022
Abunə olmaq
Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib ki, əvvəllər ayrı-ayrı küçələrdə olan bulaqların da fəaliyyəti dayandırılıb
BAKI, 16 sentyabr — Sputnik. Yaşıllıqların mühafizəsi və bərpası üçün qanunvericiliyə dəyişikliklərin edilməsi ilə bağlı müraciət etmişik.
Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib. Onun sözlərinə görə, ekologiya haqda qanunlar problemlərin həlli istiqamətinə yönəlmiş olmalıdır.
O həmçinin əlavə edib ki, əvvəllər ayrı-ayrı küçələrdə bulaqlar var idi və ağaclar da buradan sulanırdı:
"Hazırda müxtəlif səbəblərdən belə su mənbələrinin fəaliyyəti dayandırılıb. Nəticədə ağaclar quruyur. Bunun qarşısı alınmalıdır. Yaşıllıqların salınmasına real yanaşmaq lazımdır. Ərazi və burada mövcud olan problemlər nəzərə alınmalıdır.
Çünki bu ərazilər arid zonalardır. Yəni Bakıda və Abşeron yarımadasında ağaclara Lənkərandakı kimi yanaşılmamalıdır. Bakının Baş planının olmaması yaşıllıqların salınmasına və qorunmasına mane olur. İşə nəzarət üçün da bu vacibdir" (APA).
Qeyd edək ki, ölkə başçısının 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən növbəti onillik ərzində ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılmalı olan beş Milli Prioritetdən biri də “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetidir. Bu Milli Prioritet Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Xəbər lenti
0