Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova ermənistanlı jurnalistə təxribatçı sualına görə irad tutub

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidZaxarova
Zaxarova  - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Rusiya XİN-nin sözçüsü erməni jurnalisti mövqeli sual verməməyə, gərginliyin azalması üçün mümkün olanı etdiklərini bildirib.
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistan İctimai Televiziyasının müxbirinə təxribatçı sualına görə nöqsan tutub.
Belə ki, erməni jurnalist Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə guya hücum etməsi, eləcə də dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan sərhədində yerləşən postunu və xidməti avtomobilini guya atəşə tutması ilə bağlı sual verməyə cəhd edərkən Zaxarova jurnalistin sualını yarımçıq saxlayıb.
Bildirib ki, bu, Rusiya XİN-nin rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin deyil:
"Ona görə də xahiş edirik, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın. Bu birincisi, ikincisi isə, biz Ermənistan tərəfindən yardımla bağlı müraciət almışıq. Bildiyiniz kimi, KTMT-nin onlayn sammiti keçirilib və KTMT missiyasının Ermənistana göndərilməsi qərara alınıb. Rusiya tərəfi gərginliyi azaltmaq məqsədi ilə mümkün olanı edir", o deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması üçün əlindən gələni edir.
Zaxarova qeyd edib ki, regionda vəziyyətin gərginləşməsi Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində və müdafiə strukturlarının rəhbləri arasındakı telefon danışığında müzakirə olunub.
"Biz gözləyirik ki, bu mövzu Rusiya və Azərbaycan prezidentlərinin görüşündə də diqqət mərkəzində olacaq. Bu görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) bu günlərdə Səmərqənddə keçirilən sammiti çərçivəsində planlaşdırılır", - diplomat qeyd edib.
Qeyd edək ki, KTMT missiyası vəziyyəti yerindəcə təhlil etmək, Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsinin səbəblərini və onun həlli yollarını araşdırmaq üçün Ermənistana göndərilib.
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən ümumilikdə Silahlı Qüvvələrin 71 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0