https://sputnik.az/20220915/zaxarova-bmt-bas-assambleyasinda-istirak-etmek-ucun-amerika-vizasi-aldigini-aciqlayib-446074076.html
Zaxarova BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika vizası aldığını açıqlayıb
Zaxarova BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika vizası aldığını açıqlayıb
Sputnik Azərbaycan
ABŞ Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə, xüsusən də Rusiyanın xarici işlər naziri Sergey Lavrova və onu müşayiət edən bir sıra şəxslərə viza verib, lakin... 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T12:51+0400
2022-09-15T12:51+0400
2022-09-15T13:14+0400
mariya zaxarova
rusiya
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_0:0:3072:1728_1920x0_80_0_0_9dec39300782ceab2b25eb6c376aa4e7.jpg
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nyu-Yorkda BMT Baş Assambleyasında (BA) iştirak etmək üçün Amerika vizası aldığını bildirib."Bəli, mənə viza verdilər" - deyə o, cümə axşamı "Soloviev Live" telekanalında ona ünvanlanan sualı cavablandırıb.Diplomat qeyd edib ki, ABŞ Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə, xüsusən də Rusiyanın xarici işlər naziri Sergey Lavrova və onu müşayiət edən bir sıra şəxslərə viza verib, lakin nümayəndə heyətinin qalan üzvləri üçün viza almaq məsələsi hələ də həllini tapmayıb."İstədiyiniz hər şeyi edə bilərsiniz, istənilən maneələri qura bilərsiniz, sərhədlər qura bilərsiniz, amma biz yenə də irəli gedəcəyik", - deyə Zaxarova vurğulayıb. – "Normal şəkildə içəri buraxmazlar - başqa yollar axtararıq. Fərq etməz. Bizi yolumuzdan döndərmək olmaz. Bizə nə daxildən, nə də xaricdən müdaxilə etmək lazım deyil".Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə günü jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə gedən Rusiya nümayəndə heyətinin əksəriyyətinə hələ də viza verməyib. Eyni zamanda diplomat bunun Rusiya nümayəndə heyətinin bu tədbirdə iştirak etməməsinə gətirib çıxara biləcəyi ilə bağlı spekulyasiya etməməyə çağırıb.Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib ki, çərşənbə axşamı BMT Baş Assambleyasının 77-ci sessiyasındakı departament rəhbəri və Rusiya nümayəndə heyətinin bir sıra üzvləri dünya təşkilatının mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka getmək üçün Amerika vizası alıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/10/440193480_341:0:3072:2048_1920x0_80_0_0_b3361eef9f8a7d827c3f5b1337429824.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, bmt
Zaxarova BMT Baş Assambleyasında iştirak etmək üçün Amerika vizası aldığını açıqlayıb
12:51 15.09.2022 (Yenilənib: 13:14 15.09.2022) ABŞ Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə, xüsusən də Rusiyanın xarici işlər naziri Sergey Lavrova və onu müşayiət edən bir sıra şəxslərə viza verib, lakin nümayəndə heyətinin qalan üzvləri üçün viza almaq məsələsi hələ də həllini tapmayıb.
BAKI, 15 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Nyu-Yorkda BMT Baş Assambleyasında (BA) iştirak etmək üçün Amerika vizası aldığını bildirib.
"Bəli, mənə viza verdilər" - deyə o, cümə axşamı "Soloviev Live" telekanalında ona ünvanlanan sualı cavablandırıb.
Diplomat qeyd edib ki, ABŞ Rusiya nümayəndə heyətinin bəzi üzvlərinə, xüsusən də Rusiyanın xarici işlər naziri Sergey Lavrova və onu müşayiət edən bir sıra şəxslərə viza verib, lakin nümayəndə heyətinin qalan üzvləri üçün viza almaq məsələsi hələ də həllini tapmayıb.
"İstədiyiniz hər şeyi edə bilərsiniz, istənilən maneələri qura bilərsiniz, sərhədlər qura bilərsiniz, amma biz yenə də irəli gedəcəyik", - deyə Zaxarova vurğulayıb. – "Normal şəkildə içəri buraxmazlar - başqa yollar axtararıq. Fərq etməz. Bizi yolumuzdan döndərmək olmaz. Bizə nə daxildən, nə də xaricdən müdaxilə etmək lazım deyil".
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya çərşənbə günü jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə gedən Rusiya nümayəndə heyətinin əksəriyyətinə hələ də viza verməyib. Eyni zamanda diplomat bunun Rusiya nümayəndə heyətinin bu tədbirdə iştirak etməməsinə gətirib çıxara biləcəyi ilə bağlı spekulyasiya etməməyə çağırıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirib ki, çərşənbə axşamı BMT Baş Assambleyasının 77-ci sessiyasındakı departament rəhbəri və Rusiya nümayəndə heyətinin bir sıra üzvləri dünya təşkilatının mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka getmək üçün Amerika vizası alıblar.