Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və Çin bundan sonra da BMT çərçivəsində fəaliyyətlərini əlaqələndirəcəklər - Lavrov

© Sputnik / Russia's Foreign Ministry / Mediabanka keçidSergei Lavrov
Sergei Lavrov - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Bu gün Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Çin lideri Si Cinpin və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşüb.
BAKI, 15 sentyabr - Sputnik. Rusiya və Çin Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında öz fəaliyyətlərini əlaqələndirməyə davam edəcəklər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pavel Zarubinə müsahibəsində deyib.
"Beynəlxalq vəziyyətlə bağlı qiymətləndirmələrimizdə tam razıyıq, burada heç bir fikir ayrılığımız yoxdur. Biz qarşıdan gələn BMT Baş Assambleyası da daxil olmaqla, hərəkətlərimizi əlaqələndirməyə davam edəcəyik"", - deyə telegram kanalında yer almış müsahibədə deyilir.
Lavrov Səmərqənddə keçirilən ŞƏT sammitində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında danışıqları əla adlandırıb.
“Əladır, həmişə olduğu kimi, bu danışıqlar həmişə işgüzar xarakter daşıyır, konkret olaraq müvafiq nazirlik və idarələrin qarşısında duran vəzifələrin müzakirəsi ilə bu dəfə də belə oldu”, - deyə Lavrov vurğulayıb.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çin lideri Si Cinpin və Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsuxla görüşündə Rusiyanın bütün ölkələrlə münasibətləri gücləndirməkdə maraqlı olduğunu, onların dinamik və qarşılıqlı faydalı əsasda inkişaf etdiyini dilə gətirib.
""Rusiya-Çin-Monqolustan formatı, təbii ki, xüsusi əhəmiyyət kəsb edir, ikitərəfli əməkdaşlığı səmərəli şəkildə tamamlayır və hər üç ölkə üçün yüksək əlavə dəyər təmin edir", - deyə Putin bildirib.
Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin deyib ki, Pekin dəyişən dünyanı davamlı inkişaf trayektoriyasına salmaq üçün Moskva ilə birlikdə aparıcı rol oynamağa hazırdır.
"Dövrümüzün qlobal miqyasda baş verən nəhəng dəyişiklikləri qarşısında, tarixdə misli görünməmiş bir şəraitdə, biz rusiyalı həmkarlarımızla birlikdə məsuliyyətli dünya dövləti nümunəsi göstərməyə, dünyanı davamlı və müsbət inkişaf trayektoriyasına salmaq üçün aparıcı rol oynamağa hazırıq", - deyə ÇXR sədri bildirib.
Xəbər lenti
0