Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Bakı və İrəvanı bütün atəşkəs razılaşmalarına əməl etməyə çağırır

© Sputnik / Brayan Smit / Mediabanka keçidRusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, arxiv şəkli
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.09.2022
Abunə olmaq
Moskva Rusiya və Azərbaycan prezidentlərinin Səmərqənd görüşünün diqqət mərkəzində Bakı ilə İrəvan arasında gərginliyin normallaşması və azaldılmasının olacağını gözləyir.
BAKI, 15 sentyabr - Sputnik. Rusiya Azərbaycan və Ermənistanın Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş bütün atəşkəs razılaşmalarını yerinə yetirəcəyinə ümid edir. Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qurumun Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Biz Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş bütün atəşkəs razılaşmalarının yerinə yetirilməsinə ümid edirik”, - deyə Nebenzya bildirib.
"Biz Azərbaycan və Ermənistanı təmkin nümayiş etdirməyə və gərginliyin dərəcəsini artıra biləcək addımlardan çəkinməyə, habelə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020 tarixli üçtərəfli, 11 yanvar və 26 noyabr 2021-ci il bəyanatları çərçivəsində razılaşmalara ciddi əməl etməyə çağırırıq", - deyə RF-in BMT-dəki nümayəndəsi bildirib.
O qeyd edib ki, Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Səmərqənd görüşündə Bakı ilə İrəvan arasında gərginliyin normallaşması və azaldılmasının diqqət mərkəzində olacağını gözləyir.
"Biz gözləyirik ki, bu mövzu Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçiriləcək görüşdə diqqət mərkəzində olacaq", - deyə Nebenzya bildirib.
xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Beləliklə, Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin sayı 71-ə yüksəlib.
Xəbər lenti
0