https://sputnik.az/20220915/bakida-ictimai-neqliyyat-bir-gunluk-sixliga-dozmedi-446089952.html
Bakıda ictimai nəqliyyat bir günlük sıxlığa dözmədi
Bakıda ictimai nəqliyyat bir günlük sıxlığa dözmədi
Sputnik Azərbaycan
Bu gün sərnişinlər metroda sıxlıqdan, avtobusların intervalında ləngimədən şikayətləniblər. 15.09.2022, Sputnik Azərbaycan
2022-09-15T21:16+0400
2022-09-15T21:16+0400
2022-09-15T21:29+0400
paytaxt xəbərləri
bakı
nəqliyyat
tıxac
marşrut
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099639_0:0:2139:1204_1920x0_80_0_0_8ebb1d70bf10b2b53b83b85d164a2483.jpg
BAKI, 15 sentyabr — Sputnik. Bu gün yeni dərs ilinin başlanması Bakıda nəqliyyat problemini yenidən aktuallaşdırıb. Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni məktəblərin açıqlması ilə əlaqədar yeni iş qrafikinə keçəcəklərini açıqlasalar da, bu gün paytaxtda sərnişinlər ictimai nəqliyyat sarıdan ciddi problem yaşayıblar. Adi günlərdə 15-20 dəqiqədən bir gələn avtobusların intervalı yarım saata çatıb. Bəzi avtobuslar isə sərnişin sıxlığı olduğundan dayanacaqlarda sərnişin götürməyiblər. Bakı metrosunda isə sıxlıq üzündən sərnişinlər metroya minə bilməyiblər.Avtobuslar ya dolu gəlir, ya da gəlmir125 saylı avtobusda sərnişin sıxlığı olduğundan, avtobus bəzi dayanacaqlarda ümumiyyətlə sərnişin götürməyib. Sərnişin Ayxan Yolçuyev bildirib ki, dərsə getmək üçün yarım saatdır avtobus gözləyir. Bu müddətdə 125 saylı bir avtobus gəlsə də dayanacaqda sərnişin götürməyib.Çünki, avtobusun qapısının ağzına qədər sərnişin sıxlığı olub. Digər sərnişin Elşən Məmmədov isə 30 dəqiqədən artıqdır ki, 205 saylı avtobusu gözlədiyini söyləyib. Sərnişin bildirib ki, onunla yanaşı 205 saylı avtobus gözləyən bir çox sərnişin dərsə, işə gecikdiyindən taksi xidmətindən istifadə etmək məcburiyyətində qalıblar: "Əvvəl bu avtobus 15 dəqiqədən bir gəlirdi. İndi yarım saatdır gözləyirik, gəlmir. BNA-a şikayət edirik, deyirlər tıxacda qalıb. Sürücüdən soruşuruq, deyir xəttə çıxan avtobusların sayı azdır".65 saylı avtobus da sərnişinlərini dayanacaqlarda gözlədib. Sərnişin Zahid Mirəliyev bildirib ki, o avtobusu 20 dəqiqədən çox gözləməli olub.Bakının Binəqədi qəsəbəsindən Gənclik istiqamətinə hərəkət edən 133 saylı avtobusu isə sərnişinlər bu gün yarım saatdan çox gözləyiblər. Gələn avtobuslar dolu olduğundan, sərnişinlərin çoxu minə bilməyib. Sərnişinlər son vaxtlar bu marşrut üzrə avtobus sayının kəskin azaldığını, problemin bundan qaynaqlandığını bildiriblər.Metroda sıxlıq o həddədir ki...Bu gün İnşaatçılar metrostansiyasında isə əsl sərnişin izdihamı yaşanıb. Sərnişinlər bildirib ki, qatarlar 6 dəqiqə intervalla hərəkət edib. Buna görə də, sərnişinlərin çoxu metroda qatara minə bilməyib. Bu gün çox sayda sərnişin sosial platformada da metroda sıxlıqdan narazılığını ifadə edən statuslar paylaşıb. Sosial şəbəkələrdə avtobusların ilk dərs günü dolu gəlməsindən, gecikdiyindən narazılıqlar yer alıb.Bəs görəsən hələ bir neçə gün öncə yeni dərs ilinə ciddi hazırlıq görüldüyünü bəyan edən qurumlar işinə niyə belə səhlənkar yanaşıb?Qurumların öz bəhanəsi varBNA-dan isə Sputnik Azərbaycan-a bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənib, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılıb. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb. Amma yollarda tıxac səbəbindən avtobusların hərəkəti yubanır.Bakı Metropolitenindən isə bildiriblər ki, metroda hərəkət qrafikini dəyişib. Dəyişikliklər məhz yeni tədris mövsümünün başlaması ilə əlaqədardır. Qatarlar arasındakı interval sərnişin sıxlığına görə müəyyən olunur. Belə ki, səhər və axşam pik saatlarda interval 2 dəqiqə, günün digər saatlarında isə əsasən 2,5 dəqiqədir. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırılır.Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, tətbiq edilmiş qrafik qüvvədədir. İntervalın bundan da aşağı salınması mümkün deyil. Bu interval texniki imkanlar həddindədir.Avtobus sayı kəskin azaldılıbNəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, illər öncə nəqliyyatın intellektual idarəetmə sistemi qurulsa da, bu düzgün icra olunmayıb. Həmçinin bu sistemin qurulmasında yeyinti olduğundan, nəticə bu yerə gəlib çıxıb. Ekspert deyir ki, Bakı şəhərinə 2500-2600 civarında avtobus lazımdır: "BNA iddia edir ki, Bakıda 2200 avtobus var. Amma araşdırma zamanı məlum olur ki, Bakı kartla gündə 1200 avtobus xəttə çıxır. BNA-nın avtobusların gecikməsini birmənalı olaraq yollarda tıxacla əlaqələndirməsi doğru deyil. Avtobus gərək ola ki, gecikə də. BNA bununla İntellektual İdarəetmə Sisteminin onların əlindən alınmasının düzgün olmadığını əsaslandırmağa çalışır".E. Muradlı bildirir ki, Bakubus üçün 1000-ə yaxın avtobus alınsa da onların gündəlik 270-i xəttə çıxır. E. Muradlı Bakubus MMC-nin İnvestisiya Holdinqinin balansına verilməsinin də düzgün olmadığı qənaətindədir. O, bildirir ki, b Holdinqin sərnişin axınını nəzərə almadan xəttə az sayda avtobus çıxartması ictimai nəqliyyatın işini iflic edir: "Bakubus avtobusları qarajda saxlanılır. Xəttə isə çox az avtobus buraxılır. Nəticədə insanlar dayanacaqlarda qalır, avtobuslarda sıxlıq yaranır".Yeni metro xətləri çəkilməsə...Ekspert bildirir ki, çıxış yolu metro şəbəkəsini genişləndirməkdədir. Onun sözlərinə görə, metro inkişaf etdirilməlidir. Çünki, yerüstü nəqliyyatı inkişaf etdirmək üçün yeni yolların çəkilməsi çətindir. Harada gəldi binaların inşa edilməsi yeni yolların inşasını mümkünsüz edir: "Metro stansiyaları genişləndirilməlidir. Bunun üçün illər öncə planlar var. İçərişəhərdən sarı xətt üzrə 20-ci sahəyə metro çəkilməsi nəzərdə tutulurdu. Bu planlar illərdir icra olunmur. Bakının əhalisi isə günü-gündən artır. Bakı şəhərində qeyri-rəsmi 6 milyondan çox insan yaşayır. Bakıda isə 30-a yaxın metro stansiyası var. Bu say artırılarsa yollarda sıxlıq azalar. Avtobusla sərnişindaşımanın üzərinə düşən yük də azalmış olar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42209/96/422099639_0:0:1921:1441_1920x0_80_0_0_1c66db1094cb739c6e22bb800ecb7171.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bakı, nəqliyyat, tıxac, marşrut
bakı, nəqliyyat, tıxac, marşrut
Bakıda ictimai nəqliyyat bir günlük sıxlığa dözmədi
21:16 15.09.2022 (Yenilənib: 21:29 15.09.2022) Bu gün sərnişinlər metroda sıxlıqdan, avtobusların intervalında ləngimədən şikayətləniblər.
BAKI, 15 sentyabr — Sputnik. Bu gün yeni dərs ilinin başlanması Bakıda nəqliyyat problemini yenidən aktuallaşdırıb. Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni məktəblərin açıqlması ilə əlaqədar yeni iş qrafikinə keçəcəklərini açıqlasalar da, bu gün paytaxtda sərnişinlər ictimai nəqliyyat sarıdan ciddi problem yaşayıblar. Adi günlərdə 15-20 dəqiqədən bir gələn avtobusların intervalı yarım saata çatıb. Bəzi avtobuslar isə sərnişin sıxlığı olduğundan dayanacaqlarda sərnişin götürməyiblər. Bakı metrosunda isə sıxlıq üzündən sərnişinlər metroya minə bilməyiblər.
Avtobuslar ya dolu gəlir, ya da gəlmir
125 saylı avtobusda sərnişin sıxlığı olduğundan, avtobus bəzi dayanacaqlarda ümumiyyətlə sərnişin götürməyib. Sərnişin Ayxan Yolçuyev bildirib ki, dərsə getmək üçün yarım saatdır avtobus gözləyir. Bu müddətdə 125 saylı bir avtobus gəlsə də dayanacaqda sərnişin götürməyib.
Çünki, avtobusun qapısının ağzına qədər sərnişin sıxlığı olub. Digər sərnişin Elşən Məmmədov isə 30 dəqiqədən artıqdır ki, 205 saylı avtobusu gözlədiyini söyləyib. Sərnişin bildirib ki, onunla yanaşı 205 saylı avtobus gözləyən bir çox sərnişin dərsə, işə gecikdiyindən taksi xidmətindən istifadə etmək məcburiyyətində qalıblar: "Əvvəl bu avtobus 15 dəqiqədən bir gəlirdi. İndi yarım saatdır gözləyirik, gəlmir. BNA-a şikayət edirik, deyirlər tıxacda qalıb. Sürücüdən soruşuruq, deyir xəttə çıxan avtobusların sayı azdır".
65 saylı avtobus da sərnişinlərini dayanacaqlarda gözlədib. Sərnişin Zahid Mirəliyev bildirib ki, o avtobusu 20 dəqiqədən çox gözləməli olub.
Bakının Binəqədi qəsəbəsindən Gənclik istiqamətinə hərəkət edən 133 saylı avtobusu isə sərnişinlər bu gün yarım saatdan çox gözləyiblər. Gələn avtobuslar dolu olduğundan, sərnişinlərin çoxu minə bilməyib. Sərnişinlər son vaxtlar bu marşrut üzrə avtobus sayının kəskin azaldığını, problemin bundan qaynaqlandığını bildiriblər.
Metroda sıxlıq o həddədir ki...
Bu gün İnşaatçılar metrostansiyasında isə əsl sərnişin izdihamı yaşanıb. Sərnişinlər bildirib ki, qatarlar 6 dəqiqə intervalla hərəkət edib. Buna görə də, sərnişinlərin çoxu metroda qatara minə bilməyib. Bu gün çox sayda sərnişin sosial platformada da metroda sıxlıqdan narazılığını ifadə edən statuslar paylaşıb. Sosial şəbəkələrdə avtobusların ilk dərs günü dolu gəlməsindən, gecikdiyindən narazılıqlar yer alıb.
Bəs görəsən hələ bir neçə gün öncə yeni dərs ilinə ciddi hazırlıq görüldüyünü bəyan edən qurumlar işinə niyə belə səhlənkar yanaşıb?
Qurumların öz bəhanəsi var
BNA-dan isə Sputnik Azərbaycan-a bildirilib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar müntəzəm sərnişindaşımalara tələbatın artacağını nəzərə alaraq əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb. Müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcılara sərnişin sıxlığının minimuma endirilməsi və vətəndaşların təhsil müəssisələrinə, iş yerlərinə vaxtında, eyni zamanda rahat çatdırıması üçün tapşırıqlar verilib. Gündəlik xəttə çıxarılan avtobus sayının və avtobuslar arası intervalın sərnişin axınına uyğun tənzimlənib, eləcə də tələbat olan xətlər üzrə avtobus sayı artırılıb. Sürücülərin hərəkət cədvəlinə, yol hərəkəti və sərnişindaşıma qaydalarına riayət etməsinin zərurililiyi diqqətə çatdırılıb. Amma yollarda tıxac səbəbindən avtobusların hərəkəti yubanır.
Bakı Metropolitenindən isə bildiriblər ki, metroda hərəkət qrafikini dəyişib. Dəyişikliklər məhz yeni tədris mövsümünün başlaması ilə əlaqədardır. Qatarlar arasındakı interval sərnişin sıxlığına görə müəyyən olunur. Belə ki, səhər və axşam pik saatlarda interval 2 dəqiqə, günün digər saatlarında isə əsasən 2,5 dəqiqədir. Gecə saatlarında isə interval 3 dəqiqəyə qədər artırılır.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a bildirib ki, tətbiq edilmiş qrafik qüvvədədir. İntervalın bundan da aşağı salınması mümkün deyil. Bu interval texniki imkanlar həddindədir.
Avtobus sayı kəskin azaldılıb
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, illər öncə nəqliyyatın intellektual idarəetmə sistemi qurulsa da, bu düzgün icra olunmayıb. Həmçinin bu sistemin qurulmasında yeyinti olduğundan, nəticə bu yerə gəlib çıxıb. Ekspert deyir ki, Bakı şəhərinə 2500-2600 civarında avtobus lazımdır: "BNA iddia edir ki, Bakıda 2200 avtobus var. Amma araşdırma zamanı məlum olur ki, Bakı kartla gündə 1200 avtobus xəttə çıxır. BNA-nın avtobusların gecikməsini birmənalı olaraq yollarda tıxacla əlaqələndirməsi doğru deyil. Avtobus gərək ola ki, gecikə də. BNA bununla İntellektual İdarəetmə Sisteminin onların əlindən alınmasının düzgün olmadığını əsaslandırmağa çalışır".
E. Muradlı bildirir ki, Bakubus üçün 1000-ə yaxın avtobus alınsa da onların gündəlik 270-i xəttə çıxır. E. Muradlı Bakubus MMC-nin İnvestisiya Holdinqinin balansına verilməsinin də düzgün olmadığı qənaətindədir. O, bildirir ki, b Holdinqin sərnişin axınını nəzərə almadan xəttə az sayda avtobus çıxartması ictimai nəqliyyatın işini iflic edir: "Bakubus avtobusları qarajda saxlanılır. Xəttə isə çox az avtobus buraxılır. Nəticədə insanlar dayanacaqlarda qalır, avtobuslarda sıxlıq yaranır".
Yeni metro xətləri çəkilməsə...
Ekspert bildirir ki, çıxış yolu metro şəbəkəsini genişləndirməkdədir. Onun sözlərinə görə, metro inkişaf etdirilməlidir. Çünki, yerüstü nəqliyyatı inkişaf etdirmək üçün yeni yolların çəkilməsi çətindir. Harada gəldi binaların inşa edilməsi yeni yolların inşasını mümkünsüz edir: "Metro stansiyaları genişləndirilməlidir. Bunun üçün illər öncə planlar var. İçərişəhərdən sarı xətt üzrə 20-ci sahəyə metro çəkilməsi nəzərdə tutulurdu. Bu planlar illərdir icra olunmur. Bakının əhalisi isə günü-gündən artır. Bakı şəhərində qeyri-rəsmi 6 milyondan çox insan yaşayır. Bakıda isə 30-a yaxın metro stansiyası var. Bu say artırılarsa yollarda sıxlıq azalar. Avtobusla sərnişindaşımanın üzərinə düşən yük də azalmış olar".