AZPROMO Rusiya şirkətlərini Azərbaycanda istehsalın lokallaşdırılmasına dəvət edib
© Sputnik / Murad OrujovAzərbaycanda Rusiyanın Ryazan vilayətinin sərgi salonunun açılış mərasimi
© Sputnik / Murad Orujov
Abunə olmaq
AZPROMO nümayəndəsi bildirib ki, Ryazan vilayətindən olan işgüzar missiyanın Bakıya səfəri çərçivəsində artıq təqribən 400 min dollar dəyərində ilk müqavilələrin işlənməsi və müzakirələri aparılır.
BAKI, 15 sentyabr - Sputnik. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Rusiya Federasiyasının Ryazan vilayətinin şirkətlərini onların istehsalının lokallaşdırılması üçün Azərbaycan bazarının imkanlarını nəzərdən keçirməyə dəvət edib. Bunu AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Bakıda Ryazan istehsalçılarının mallarının sərgi salonunun açılışında deyib.
"Biz şirkətləri öz istehsallarını lokallaşdırmaq üçün Azərbaycan bazarını nəzərdən keçirməyə dəvət etdik. Hesab edirəm ki, Azərbaycanda xarici investorlar üçün yaxşı infrastruktur var. Bu məsələ müzakirə olunur", - deyə Abdullayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya Federasiyası arasında əlaqələr dinamik inkişaf edir və bu, həm ticarət dövriyyəsinin artmasına, həm də ixrac-idxal əməliyyatlarına təsir göstərir:
“Bu dialoqun çox mühüm hissəsi regionlararası əlaqələrin inkişafıdır. Bu baxımdan, biznes missiyası ilə bağlı bugünkü tədbir və Rusiya Federasiyasının Ryazan vilayətindən olan sahibkarlar üçün sərgi salonunun açılması çox yaxşı göstəricidir”.
O həmçinin bildirib ki, Ryazan istehsalçılarına Azərbaycanda sərgi salonlarının açılması təcrübəsinin bir neçə il əvvəl tətbiq olunduğu barədə məlumat verilib. Daha sonra ölkədə dünyanın müxtəlif ölkələrindən beş sərgi salonu təşkil edilib.
“Bu, altıncıdır və ümid edirik ki, öz məhsullarını təqdim edən şirkətlər Azərbaycanda idxalçı tapa biləcəklər. Bizə məlumat verilib ki, 400 min dollara yaxın ilk müqavilələrin inkişafı, müzakirələri var”, - deyə qurum nümayəndəsi bildirib.
© Sputnik / Murad OrujovAzərbaycanda Rusiyanın Ryazan vilayətinin sərgi salonunun açılış mərasimi
Azərbaycanda Rusiyanın Ryazan vilayətinin sərgi salonunun açılış mərasimi
© Sputnik / Murad Orujov
Rusiya Federasiyasının Ryazan vilayətindən biznes missiyası
Qeyd edək ki, Rusiyanın Ryazan vilayətinin işgüzar missiyası region hökumətinin sədr müavini Artyom Nikitinin rəhbərliyi ilə Bakıda səfərdədir.
“Bizim səfərimiz iki formatda təşkil olunur - işgüzar missiya və sərgi salonunun açılışı, çünki iki gün ərzində Azərbaycandan olan həmkarlarla razılığa gəlmək və müəyyən razılaşmalar əldə etmək olduqca çətin olacaq. Odur ki, oktyabrın 7-dək Bakıda fəaliyyət göstərəcək sərgi salonu təşkil etmək qərarına gəldik”, - Ryazan vilayəti hökumətinin mətbuat katibi Yevgeniya Romanova Sputnik Azərbaycan-a bildirib.
© Sputnik / Murad OrujovAzərbaycanda Rusiyanın Ryazan vilayətinin sərgi salonunun açılış mərasimi
Azərbaycanda Rusiyanın Ryazan vilayətinin sərgi salonunun açılış mərasimi
© Sputnik / Murad Orujov
Onun sözlərinə görə, sərgi-satışda Ryazan müəssisələrinin müxtəlif növ məhsullarından nümunələr təqdim olunacaq. Təşkilatçılar potensial alıcıların diqqətini hazırda Azərbaycanda xüsusi tələbat olan mal növlərinə cəlb etməyə çalışıblar.
“Ona görə də məhsulların çeşidi çox müxtəlifdir. Sərgi salonunda 57 şirkətin istehsal etdiyi 500 müxtəlif növ məhsul təqdim olunur. Bundan əlavə, biznes missiyasına daxil olan 17 təşkilatın nümayəndələri bu gün Bakıdadır. Biz hər gün Azərbaycandan olan potensial tərəfdaşlarla danışıqlar aparırıq. Deyə bilərəm ki, dünən bir neçə konkret razılaşma əldə olunub”, - sözçüsü bildirib.