https://sputnik.az/20220914/semerqendde-milli-valyutada-hesablasmalara-dair-yol-xeritesi-imzalanacaq---at---446008967.html
Səmərqənddə milli valyutada hesablaşmalara dair yol xəritəsi imzalanacaq - AİT
Səmərqənddə milli valyutada hesablaşmalara dair yol xəritəsi imzalanacaq - AİT
Sputnik Azərbaycan
Avqustun sonlarında Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya nəqliyyat dəhlizləri və marşrutlarına dair 8 layihə təsdiq edilib... 14.09.2022, Sputnik Azərbaycan
2022-09-14T09:35+0400
2022-09-14T09:35+0400
2022-09-14T09:35+0400
rusiya
şət
avrasiya iqtisadi ittifaqı
yol xəritəsi
milli valyuta
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_0:177:3015:1873_1920x0_80_0_0_f838487dd21930a64716594b4d5ef733.jpg
BAKI, 14 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd sammitində milli valyuta ilə xarici ticarət hesablaşmalarının payının artırılması ilə bağlı yol xəritəsinin imzalanması planlaşdırılır. Bunu Rusiya mediasına müsahibəsində Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç deyib."ŞƏT sammitində milli valyutalarda qarşılıqlı hesablaşmaların payının artırılması üzrə yol xəritəsinin imzalanması planlaşdırılır. Aİİ üzvü olan ölkələrin bu məsələdə təcrübəsi var", - deyə o bildirib.Onun fikrincə, milli valyutada qarşılıqlı hesablaşmaların payının artırılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ŞƏT üçün ən perspektivli istiqamətdir."Birliyin yaradılmasından ötən 7 il ərzində milli valyutaların qarşılıqlı hesablaşmalarda payı 74%-i ötüb. Qarşılıqlı ticarətdə hesablaşmalarda Aİİ ölkələrinin milli valyutalarının istifadəsini genişləndirmək üçün ehtiyatlar var", - deyə Myasnikoviç vurğulayıb.Onun sözlərinə görə, təşkilatların fəaliyyətində ikinci ən perspektivli istiqamət Avrasiya regionunun nəqliyyat əlaqələrinin artırılması və birgə infrastrukturun inkişafı layihələridir.“ŞƏT-in sammitində onlar qarşılıqlı əlaqə və səmərəli iqtisadi nəqliyyat dəhlizlərinin inkişafına dair strateji sənədə baxmağı planlaşdırırlar. Yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təkliflər Aİİ-nin strateji sənədlərində də müəyyən edilmiş məqsəd və vəzifələrlə demək olar ki, tamamilə üst-üstə düşür”, - deyə Myasnikoviç fikirlərini bölüşüb.Xatırladaq ki, avqustun 25-26-da Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclasında Aİİ ölkələrində hər biri Avrasiya nəqliyyat dəhlizləri və marşrutlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş 8 layihə təsdiq edilib.Onlar həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birlikdə tranzit potensialının və nəqliyyat infrastrukturunun gücləndirilməsinə yönəlib.Prioritet layihələrdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttidir, deyə AET Kollegiyasının sədri bildirib."Bu yeni dəmir yolu dəhlizi Avrasiya Kontinental Körpüsünün cənub qoluna çevriləcək və Cənub-Şərqi və Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq", - deyə Myasnikoviç müsahibəsində bildirib.Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır.Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427466021_142:0:2873:2048_1920x0_80_0_0_2b386a686dd643a8a8cb7ed6c405ade5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şət, avrasiya iqtisadi ittifaqı, yol xəritəsi, milli valyuta
şət, avrasiya iqtisadi ittifaqı, yol xəritəsi, milli valyuta
Səmərqənddə milli valyutada hesablaşmalara dair yol xəritəsi imzalanacaq - AİT
Avqustun sonlarında Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında Avrasiya nəqliyyat dəhlizləri və marşrutlarına dair 8 layihə təsdiq edilib. Onlar həmçinin Şimal-Cənub dəhlizi çərçivəsində tranzit potensialının gücləndirilməsinə yönəlib.
BAKI, 14 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənd sammitində milli valyuta ilə xarici ticarət hesablaşmalarının payının artırılması ilə bağlı yol xəritəsinin imzalanması planlaşdırılır. Bunu Rusiya mediasına müsahibəsində Avrasiya İqtisadi Komissiyasının (AİK) İdarə Heyətinin sədri Mixail Myasnikoviç deyib.
"ŞƏT sammitində milli valyutalarda qarşılıqlı hesablaşmaların payının artırılması üzrə yol xəritəsinin imzalanması planlaşdırılır. Aİİ üzvü olan ölkələrin bu məsələdə təcrübəsi var", - deyə o bildirib.
Onun fikrincə, milli valyutada qarşılıqlı hesablaşmaların payının artırılması Avrasiya İqtisadi İttifaqı (Aİİ) və ŞƏT üçün ən perspektivli istiqamətdir.
"Birliyin yaradılmasından ötən 7 il ərzində milli valyutaların qarşılıqlı hesablaşmalarda payı 74%-i ötüb. Qarşılıqlı ticarətdə hesablaşmalarda Aİİ ölkələrinin milli valyutalarının istifadəsini genişləndirmək üçün ehtiyatlar var", - deyə Myasnikoviç vurğulayıb.
Onun sözlərinə görə, təşkilatların fəaliyyətində ikinci ən perspektivli istiqamət Avrasiya regionunun nəqliyyat əlaqələrinin artırılması və birgə infrastrukturun inkişafı layihələridir.
“ŞƏT-in sammitində onlar qarşılıqlı əlaqə və səmərəli iqtisadi nəqliyyat dəhlizlərinin inkişafına dair strateji sənədə baxmağı planlaşdırırlar. Yeni nəqliyyat dəhlizlərinin yaradılması ilə bağlı təkliflər Aİİ-nin strateji sənədlərində də müəyyən edilmiş məqsəd və vəzifələrlə demək olar ki, tamamilə üst-üstə düşür”, - deyə Myasnikoviç fikirlərini bölüşüb.
Xatırladaq ki, avqustun 25-26-da Qırğızıstanın Çolpon-Ata şəhərində Avrasiya Hökumətlərarası Şurasının iclasında Aİİ ölkələrində hər biri Avrasiya nəqliyyat dəhlizləri və marşrutlarının təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş 8 layihə təsdiq edilib.
Onlar həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri çərçivəsində, o cümlədən Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birlikdə tranzit potensialının və nəqliyyat infrastrukturunun gücləndirilməsinə yönəlib.
Prioritet layihələrdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttidir, deyə AET Kollegiyasının sədri bildirib.
"Bu yeni dəmir yolu dəhlizi Avrasiya Kontinental Körpüsünün cənub qoluna çevriləcək və Cənub-Şərqi və Qərbi Asiya və Yaxın Şərq bazarlarına çıxış açacaq", - deyə Myasnikoviç müsahibəsində bildirib.
Qeyd edək ki, ŞƏT sammitinin sentyabrın 15-16-da Səmərqənddə keçirilməsi planlaşdırılır.
Hazırda təşkilata Rusiya, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin və Pakistan, Tacikistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.