Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Paytaxtda 36, 123, 134, 183 və 193 nömrəli müntəzəm marşrut xətlərinə görə müsabiqə elan olunub.
BAKI, 14 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Bu barədə BNA-dan verilən məlumatda bildirilib.
Qeyd olunub ki, müsabiqə elan olunan marşrut xətləri 36, 123, 134, 183 və 193 nömrəli müntəzəm marşrut xətləridir.
Qeyd edək ki, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.
Xatırladaq ki, bir müddət öncə də BNA bir neçə marşrut xətti ilə bağlı müsabiqə elan etmişdi.
Xəbər lenti
0