Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə mane olmağa çalışır - Denis Qonçar

© Sputnik / Алексей КуденкоRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.09.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru bildirib ki, Avropa İttifaqı əsas məqsədinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu belə gizlətmir.
BAKI, 14 sentyabr — Sputnik. "Avropa İttifaqı Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağı qarşısına məqsəd qoyub və Moskvanın Bakı və İrəvanla üçtərəfli işinə mane olmağa çalışır. Bütün bunlar Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya kampaniyası və ATƏT-in Minsk qrupu çərçivəsində birgə fəaliyyətin dayandırılması fonunda baş verir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.
Avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüş keçirilib.

"Aİ-nin Bakı və İrəvanla üçtərəfli işimizə saymazyana şəkildə müdaxilə etmək cəhdlərinə dair bütün fundamental qiymətləri artıq Sergey Lavrov və Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova veriblər. Diqqətinizi çəkmək istərdim ki, Brüsselin fəallaşması Qərbin Rusiyaya qarşı başlatdığı sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupunun xətti ilə Cənubi Qafqazda birgə işə son qoyulması fonunda baş verib", - deyə Qonçar bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı əsas məqsədinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq olduğunu belə gizlətmir.
"Bunlar bizim oynamadığımız sıfır nəticəsi olan geosiyasi oyunlardır. Biz hər gün əməli işlərlə məşğul oluruq ki, bu da liderlərimiz və xarici işlər nazirlərimiz arasında birbaşa təmaslara, ölkələrimizin tarixi yaxınlığına, qarşılıqlı maraqlara söykənir və ümumi regionumuzda daha təhlükəsiz və firavan gələcəyin qurulmasına əsaslanıb".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Xəbər lenti
0