https://sputnik.az/20220913/rusiya-bas-verenlerle-bagli-azerbaycan-ve-ermenistanla-six-temasdadir---putinin-komekcisi-445999286.html
Rusiya baş verənlərlə bağlı Azərbaycan və Ermənistanla sıx təmasdadır - Putinin köməkçisi
Rusiya baş verənlərlə bağlı Azərbaycan və Ermənistanla sıx təmasdadır - Putinin köməkçisi
Sputnik Azərbaycan
Putinin köməkçisi: "Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan... 13.09.2022, Sputnik Azərbaycan
2022-09-13T20:21+0400
2022-09-13T20:21+0400
2022-09-13T20:53+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
yuri uşakov
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_0:0:3071:1728_1920x0_80_0_0_924eb10d44ca8b12b4e7b0dba68774ac.jpg
BAKI, 13 sentyabr - Sputnik. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır, tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə riayət etməyə çağırırıq.Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.“Əlbəttə, biz Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsindən hədsiz narahatlığımızı bildiririk”, - Uşakov vurğulayıb.O, gecə saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng etdiyini xatırladıb:“Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq”.Uşakov onu da bildirib ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistanla həm diplomatik, həm də hərbi xətt üzrə daim sıx təmasdadır: “Biz indi həm diplomatik, həm də hərbi xətt üzrə Bakı və İrəvanla daimi sıx əlaqədəyik”.O əlavə edib ki, baş vermiş gərginlik nəzərə alınaraq, Rusiya və Azərbaycan prezidentləri arasında Səmərqənddə söhbət önəmli xarakter daşıyacaq (APA).Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/01/434762078_340:0:3071:2048_1920x0_80_0_0_462f91e452892276b4d90af48aa65746.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, yuri uşakov, müdafiə nazirliyi
putin, rusiya prezidenti vladimir putin, yuri uşakov, müdafiə nazirliyi
Rusiya baş verənlərlə bağlı Azərbaycan və Ermənistanla sıx təmasdadır - Putinin köməkçisi
20:21 13.09.2022 (Yenilənib: 20:53 13.09.2022) Putinin köməkçisi: "Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq”
BAKI, 13 sentyabr - Sputnik. Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır, tərəfləri təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə riayət etməyə çağırırıq.
Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
“Əlbəttə, biz Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin gərginləşməsindən hədsiz narahatlığımızı bildiririk”, - Uşakov vurğulayıb.
O, gecə saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng etdiyini xatırladıb:
“Biz həm Azərbaycanı, həm də Ermənistanı təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə və ümumilikdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli bəyanatlarına əməl etməyə çağırırıq”.
Uşakov onu da bildirib ki, Rusiya Federasiyası Azərbaycan və Ermənistanla həm diplomatik, həm də hərbi xətt üzrə daim sıx təmasdadır: “Biz indi həm diplomatik, həm də hərbi xətt üzrə Bakı və İrəvanla daimi sıx əlaqədəyik”.
O əlavə edib ki, baş vermiş gərginlik nəzərə alınaraq, Rusiya və Azərbaycan prezidentləri arasında Səmərqənddə söhbət önəmli xarakter daşıyacaq (APA).
Qeyd edək ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərə boşluqlarından istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minalar yerləşdiriblər.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrini susduraraq cavab tədbirləri həyata keçiriblər.
Həmçinin toqquşmaların böyüməsinin qarşısını almaq üçün də tədbirlər görülüb.
Azərbaycan Müdafiə Nazirliyi təxribatı həyata keçirən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və texnikasında itkilərin olduğunu bildirir.
Ermənistanın baş naziri Nikol Paşinyan toqquşmalar nəticəsində 49 erməni hərbçisinin öldüyünü açıqlayıb. Onun sözlərinə görə, bu hələ yekun rəqəm deyil.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, sentyabrın 13-də Rusiya vasitəçiliyi nəticəsində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəs haqqında razılıq əldə olunub.
İran və Gürcüstan artıq Bakı ilə İrəvan arasındakı gərginliyi azaltmaq üçün vasitəçilik səylərini təklif ediblər.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.