Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Mi-35 ekipajı İzyum yaxınlığında Ukraynanın zirehli kolonnasını məhv edib - Rusiya MN

© Sputnik / Mediabanka keçidMi-35 hücum helikopteri
Mi-35 hücum helikopteri - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
Pilotların hərəkətləri Ukrayna birləşmələrinin Rusiya qoşunlarının müdafiə mövqelərinə keçməsinə imkan verməyib.
BAKI, 13 sentyabr - Sputnik. Rusiyaya məxsus Mi-35 hücum helikopterinin ekipajı Xarkov vilayətinin İzyum rayonunda Ukraynanın zirehli kolonnasını aşkar edərək məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı məlumat yayıb.
“Xarkov vilayətinin İzyumski rayonunun yaşayış məntəqələrindən birinin ərazisində marşda irəliləyən kolonna və düşmən canlı qüvvəsinin cəmləşdiyi ərazi aşkar edilib. Vəziyyəti qiymətləndirən helikopter heyəti həddindən artıq alçaq hündürlükdə müəyyən edilmiş hədəflərə yaxınlaşıb və atəş silahlarından istifadə edib. Zərbə nəticəsində zirehli texnikanın kolonnası və düşmənin canlı qüvvəsi məhv edilib”, - deyə məlumatda bildirilir.
O da bildirilir ki, pilotların hərəkətləri Ukrayna birləşmələrinin bu ərazidə irəliləyişini dayandırmağa şərait yaradıb və düşmənin Rusiya qoşunlarının müdafiə mövqelərinə keçməsinə imkan verməyib.
Xəbər lenti
0