Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Daha bir ərazidə metrostansiyanın tikintisi nəzərdə tutulur

© Photo : Baku Metro Closed Joint-Stock CompanyBakıda stansiyanın tikintisi
Bakıda stansiyanın tikintisi - Sputnik Azərbaycan, 1920, 13.09.2022
Abunə olmaq
"Ağ Şəhər"də metrostansiyanın tikilməsi məsələsi artıq konseptual inkişaf planına daxil edilib
BAKI, 13 sentyabr — Sputnik. "Ağ şəhər"də metro stansiyasının tikintisi nəzərdə tutulur.
Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov jurnalistlər üçün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bu məsələ artıq konseptual inkişaf planına daxil edilib.
Brifinqdə həmçinin yeni qatarlarla bağlı məsələlərə toxunulub. Depolar üzrə iş departamentinin rəisi Faiq Əhmədov bildirib ki, cari ayda Bakı metrosu üçün 10 yeni vaqon gətiriləcək.
İl ərzində isə ümumilikdə 60 vaqonun Bakıya gətirilməsi nəzərdə tutulub: "Hazırda 40 vaqon gətirilib və növbəti 20 vaqonun gətirilməsi üçün Bakı metrosunun nümayəndələri Moskvaya yola düşüb. 10 yeni vaqonun sentyabrda, növbəti 10 yeni vaqonun isə oktyabrda gətirilməsi planlaşdırılır".
"Hazırda yeni qatarlarımızın sayı 19-dur, 4 yeni qatarın gətirilməsi ilə bu say 23-ə çatdırılacaq", - deyə o əlavə edib.
Qurumun İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov isə bildirib ki, "Bakı Metropoliteni" QSC koronavirus (COVID-19) pandemiyası dövründə QR kod və bank kartı ilə ödənişləri uğurla sınaqdan keçirib: "Bu ödənişlərin tətbiqinə tam hazırıq, qərar gözləyirik".
Qeyd edək ki, tikintisi başa çatan, "Bənövşəyi" xəttə aid və sayca 27-ci olan "Xocahəsən" stansiyası bu ilin sonunadək istismara veriləcək.
Xəbər lenti
0