https://sputnik.az/20220912/bakida-rusiya-sirketlerinin-daha-bir-sergisi-acilib-445960139.html
Bakıda Rusiya şirkətlərinin daha bir sərgisi açılıb
Bakıda Rusiya şirkətlərinin daha bir sərgisi açılıb
Sputnik Azərbaycan
Arzu edənlər sərgiyə baş çəkərək Rusiyada istehsal olunan tikinti, tibb, qida və tekstil sənayesi, metal emalı, İT texnologiyaları və s. ilə məşğul olan... 12.09.2022, Sputnik Azərbaycan
2022-09-12T21:29+0400
2022-09-12T21:29+0400
2022-09-12T22:49+0400
rusiya
bakı
sərgi
rusiya
şirkət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 12 sentyabr - Sputnik. Bakı Biznes Mərkəzində Rusiya şirkətlərinin "şou-rum"u fəaliyyətə başlayıb. “Report”un verdiyi xəbərə görə, sərgi məkanında Ryazan vilayətindən olan 57 məşhur istehsalçı Azərbaycan bazarında tələbat olan 300-dən çox məhsul təqdim edəcək.Bu format Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin qurulmasına, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə imkan verəcək."Şou-rum"un açılışından əvvəl bazar təhlili aparılıb ki, bu da yerli biznesin ehtiyaclarını müəyyən etməyə imkan verib.Belə ki, Azərbaycan sahibkarları sərgi məkanına baş çəkərək tikinti, tibb, qida və tekstil sənayesi, metal emalı, İT texnologiyaları və s. ilə məşğul olan istehsalçıların məhsulları ilə tanış ola biləcəklər.Sərgi platforması çərçivəsində məhsullarla tanış olan iş adamları onları maraqlandıran şirkətlərlə danışıqlar apara biləcəklər. "Şou-rum" oktyabrın 7-dək açıq olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, sərgi, rusiya, şirkət
bakı, sərgi, rusiya, şirkət
Bakıda Rusiya şirkətlərinin daha bir sərgisi açılıb
21:29 12.09.2022 (Yenilənib: 22:49 12.09.2022) Arzu edənlər sərgiyə baş çəkərək Rusiyada istehsal olunan tikinti, tibb, qida və tekstil sənayesi, metal emalı, İT texnologiyaları və s. ilə məşğul olan istehsalçıların məhsulları ilə tanış ola bilərlər.
BAKI, 12 sentyabr - Sputnik. Bakı Biznes Mərkəzində Rusiya şirkətlərinin "şou-rum"u fəaliyyətə başlayıb. “Report”un verdiyi xəbərə görə, sərgi məkanında Ryazan vilayətindən olan 57 məşhur istehsalçı Azərbaycan bazarında tələbat olan 300-dən çox məhsul təqdim edəcək.
Bu format Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin qurulmasına, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.
"Şou-rum"un açılışından əvvəl bazar təhlili aparılıb ki, bu da yerli biznesin ehtiyaclarını müəyyən etməyə imkan verib.
Belə ki, Azərbaycan sahibkarları sərgi məkanına baş çəkərək tikinti, tibb, qida və tekstil sənayesi, metal emalı, İT texnologiyaları və s. ilə məşğul olan istehsalçıların məhsulları ilə tanış ola biləcəklər.
Sərgi platforması çərçivəsində məhsullarla tanış olan iş adamları onları maraqlandıran şirkətlərlə danışıqlar apara biləcəklər. "Şou-rum" oktyabrın 7-dək açıq olacaq.