Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putinlə Makron Ukraynaya dair müzakirə aparıblar

© Sputnik / Aleksey Nikolskiy / Mediabanka keçidVladimir Putin və Emmanuel Makron, arxiv şəkli
Vladimir Putin və Emmanuel Makron, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.09.2022
Abunə olmaq
Vladimir Putin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbass şəhərlərinin mülki infrastrukturunu atəşə tutur.
BAKI, 11 sentyabr - Sputnik. Rusiya Federasiyası və Fransa prezidentləri arasında telefon danışığı olub.
APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Vladimir Putin və Emmanuel Makron Ukrayna ətrafındakı vəziyyəti, Zaporojye AES-i və Qara dəniz limanları vasitəsilə taxıl tədarükü ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya tərəfi Ukraynanın AES obyektlərinə, o cümlədən fəlakətli nəticələrlə dolu olan radioaktiv tullantıların anbarına müntəzəm hücumlarına diqqət çəkib. Rusiya Prezidenti stansiyanın fiziki mühafizəsini təmin etmək üçün rusiyalı mütəxəssislər tərəfindən görülən tədbirlər barədə məlumat verib və stansiyanın atəşə tutulmasının dərhal dayandırılması üçün Kiyev hakimiyyətinə təsir göstərməyin zəruriliyini vurğulayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) iştirakı ilə Zaporojye AES ətrafındakı vəziyyətlə bağlı siyasiləşdirilməmiş əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə olunub.
Vladimir Putin həmçinin vurğulayıb ki, Ukrayna təhlükəsizlik qüvvələri Qərb ölkələrinin verdiyi silahlardan istifadə edərək, Donbass şəhərlərinin mülki infrastrukturunu kütləvi atəşə tutmağa davam edir və bunun nəticəsində mülki əhali əziyyət çəkir.
Qlobal ərzaq təhlükəsizliyi problemləri müzakirə edilərkən, Qara dəniz limanlarından ixrac olunan taxılın ilk növbədə inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına yönəldilməli olduğu mövqeyi təsdiqlənib. Rusiya Prezidenti bildirib ki, Avropa Komissiyasının Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrinin Afrika, Yaxın Şərq və Latın Amerikası bazarlarına tədarükünə maneə yaratmaması son dərəcə vacibdir.
Xəbər lenti
0