https://sputnik.az/20220911/alman-metbuati-rusiya-ve-cin-liderlerinin-gorusunden-yazir-qerb-narahatdir-445920336.html
Alman mətbuatı Rusiya və Çin liderlərinin görüşündən yazır: Qərb narahatdır
Alman mətbuatı Rusiya və Çin liderlərinin görüşündən yazır: Qərb narahatdır
Sputnik Azərbaycan
Qəzet yazır ki, iki ölkə liderləri sentyabrın 15-i və 16-da Özbəkistanda danışıqlar aparacaqlar və əməkdaşlığın perspektivlərini müəyyən edəcəklər 11.09.2022, Sputnik Azərbaycan
2022-09-11T14:38+0400
2022-09-11T14:38+0400
2022-09-11T14:58+0400
rusiya
rusiya
çin
görüş
çin xalq respublikasının sədri si tszinpin
rusiya prezidenti vladimir putin
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438834612_0:0:3187:1793_1920x0_80_0_0_3f54c11466319aecaecbd22ef3671516.jpg
BAKI, 11 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçirilən sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Tszinpin arasında gözlənilən görüş simvolik xarakter daşıyır və Qərbə Pekinin Moskvanı dəstəklədiyinə işarə edəcək. Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat yayıb.Qəzet yazır ki, iki ölkə liderləri sentyabrın 15-i və 16-da Özbəkistanda danışıqlar aparacaqlar və əməkdaşlığın perspektivlərini müəyyən edəcəklər - söhbət iqtisadi və hərbi qarşılıqlı fəaliyyətdən, Rusiya və Çinin Qərbə necə birgə müqavimət göstərə biləcəyindən gedir."Siyasi müşahidəçilər görüşə böyük simvolik əhəmiyyət verirlər. Si Tszinpin iki ildən artıqdır ki, Çini tərk etmir. Onun ilk xaricə səfərinin indi Putinlə görüşmək məqsədi daşıması Rusiyaya açıq dəstək kimi qiymətləndirilir", - "Handelsblatt"ın məqaləsində deyilir.Bundan əlavə, qeyd olunub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfəri Çin və ABŞ arasında gərginliyi xeyli artırıb. Siyasi müşahidəçilərin fikrincə, bu həm də Pekinə Rusiya ilə müttəfiqlik yolu ilə Qərblə rəqabətini gücləndirmək üçün stimul olmalıdır.Sentyabrın 8-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdan gələn sammiti çərçivəsində Çinin sədri Si Tszinpin və digər xarici ölkə liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Putinin Si Tszinpinlə danışıqlarına fəal hazırlıq gedir və görüş sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası zamanı planlaşdırılıb. Kreml sözçüsü əlavə edib ki, ümumilikdə, sammit çərçivəsində Putinin bir sıra ikitərəfli görüşləri olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438834612_216:0:2947:2048_1920x0_80_0_0_81baed8f0ec745decf9a405da7deb31f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, çin, görüş, çin xalq respublikasının sədri si tszinpin, rusiya prezidenti vladimir putin, qərb
rusiya, çin, görüş, çin xalq respublikasının sədri si tszinpin, rusiya prezidenti vladimir putin, qərb
Alman mətbuatı Rusiya və Çin liderlərinin görüşündən yazır: Qərb narahatdır
14:38 11.09.2022 (Yenilənib: 14:58 11.09.2022) Qəzet yazır ki, iki ölkə liderləri sentyabrın 15-i və 16-da Özbəkistanda danışıqlar aparacaqlar və əməkdaşlığın perspektivlərini müəyyən edəcəklər
BAKI, 11 sentyabr - Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Özbəkistanda keçirilən sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Tszinpin arasında gözlənilən görüş simvolik xarakter daşıyır və Qərbə Pekinin Moskvanı dəstəklədiyinə işarə edəcək. Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, iki ölkə liderləri sentyabrın 15-i və 16-da Özbəkistanda danışıqlar aparacaqlar və əməkdaşlığın perspektivlərini müəyyən edəcəklər - söhbət iqtisadi və hərbi qarşılıqlı fəaliyyətdən, Rusiya və Çinin Qərbə necə birgə müqavimət göstərə biləcəyindən gedir.
"Siyasi müşahidəçilər görüşə böyük simvolik əhəmiyyət verirlər. Si Tszinpin iki ildən artıqdır ki, Çini tərk etmir. Onun ilk xaricə səfərinin indi Putinlə görüşmək məqsədi daşıması Rusiyaya açıq dəstək kimi qiymətləndirilir", - "Handelsblatt"ın məqaləsində deyilir.
Bundan əlavə, qeyd olunub ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfəri Çin və ABŞ arasında gərginliyi xeyli artırıb. Siyasi müşahidəçilərin fikrincə, bu həm də Pekinə Rusiya ilə müttəfiqlik yolu ilə Qərblə rəqabətini gücləndirmək üçün stimul olmalıdır.
Sentyabrın 8-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının qarşıdan gələn sammiti çərçivəsində Çinin sədri Si Tszinpin və digər xarici ölkə liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Putinin Si Tszinpinlə danışıqlarına fəal hazırlıq gedir və görüş sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının iclası zamanı planlaşdırılıb. Kreml sözçüsü əlavə edib ki, ümumilikdə, sammit çərçivəsində Putinin bir sıra ikitərəfli görüşləri olacaq.