https://sputnik.az/20220909/rusiya-neftine-qiymet-heddinin-mueyyen-edilmesinin-teferruatlari-aciqlandi-445862104.html
Rusiya neftinə qiymət həddinin müəyyən edilməsinin təfərrüatları açıqlandı
Rusiya neftinə qiymət həddinin müəyyən edilməsinin təfərrüatları açıqlandı
Sputnik Azərbaycan
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, qiymət həddi tarixi qiymət səviyyəsinə uyğun olmalıdır və ya o aralıqda saxlanmalıdır. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T15:03+0400
2022-09-09T15:03+0400
2022-09-09T15:03+0400
neft
rusiya
siyasət
qərb
vyaçeslav volodin
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189675_0:0:3072:1728_1920x0_80_0_0_0e0849b74815c4ff62566240daa518e0.jpg
BAKI, 9 sentyabr — Sputnik. ABŞ və digər G7 ölkələrinin tətbiq etməyi planlaşdırdığı Rusiya nefti üçün qiymət limiti risk həddi çıxılmaqla bazara uyğun olaraq müəyyən edilməlidir. Bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq bildirib."Qiymət həddi tarixi qiymət səviyyəsinə uyğun olmalıdır və ya o aralıqda saxlanmalıdır", - deyə Rozenberq qeyd edib.Onun sözlərinə görə, qiymət həddi onun hasilatının maya dəyərini üstələyəcək və Rusiyada neftin istehsalının marjinal maya dəyərini nəzərə alacaq səviyyədə müəyyən ediləcək.Siyasətçi həmçinin qeyd edib ki, G7 ölkələri yaxın bir neçə həftə ərzində yeni rejimin prinsipinin təfərrüatlarını işləyəcəklər.Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya neft və qazına qiymət limiti tətbiq etmək qərarına gəlməklə, G7 dövlətləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların səmərəsizliyini qəbul edirlər.Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/12/441189675_341:0:3072:2048_1920x0_80_0_0_8e398355e4cdc03171ba6bd6f497fbca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
neft, siyasət, qərb, vyaçeslav volodin
neft, siyasət, qərb, vyaçeslav volodin
Rusiya neftinə qiymət həddinin müəyyən edilməsinin təfərrüatları açıqlandı
ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, qiymət həddi tarixi qiymət səviyyəsinə uyğun olmalıdır və ya o aralıqda saxlanmalıdır.
BAKI, 9 sentyabr — Sputnik. ABŞ və digər G7 ölkələrinin tətbiq etməyi planlaşdırdığı Rusiya nefti üçün qiymət limiti risk həddi çıxılmaqla bazara uyğun olaraq müəyyən edilməlidir. Bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Elizabet Rozenberq bildirib.
"Qiymət həddi tarixi qiymət səviyyəsinə uyğun olmalıdır və ya o aralıqda saxlanmalıdır", - deyə Rozenberq qeyd edib.
Onun sözlərinə görə, qiymət həddi onun hasilatının maya dəyərini üstələyəcək və Rusiyada neftin istehsalının marjinal maya dəyərini nəzərə alacaq səviyyədə müəyyən ediləcək.
Siyasətçi həmçinin qeyd edib ki, G7 ölkələri yaxın bir neçə həftə ərzində yeni rejimin prinsipinin təfərrüatlarını işləyəcəklər.
Bundan əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirmişdi ki, Rusiya neft və qazına qiymət limiti tətbiq etmək qərarına gəlməklə, G7 dövlətləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların səmərəsizliyini qəbul edirlər.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.