https://sputnik.az/20220909/novak-bakida-simal-cenub-beynelxalq-neqliyyat-dehlizinin-potensialindan-danisdi-445881858.html
Novak Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından danışdı
Novak Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından danışdı
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini ölkəsinin üçtərəfli formatda dəhlizlərin inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlığa hazır... 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T18:28+0400
2022-09-09T18:28+0400
2022-09-09T18:46+0400
rusiya
rusiya
azərbaycan
şimal-cənub tranzit dəhlizi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445870586_0:0:3073:1728_1920x0_80_0_0_145e939542b0bc9608a4f882fef82725.jpg
BAKI, 9 sentyabr — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlığın mühüm tərkib hissəsidir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı keçirilən görüş zamanı bildirib.Rusiya Baş nazirinin müavini xatırladıb ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı Bakı ilə Moskva arasında imzalanmış Müttəfiqlik Bəyannaməsində göstərilib.Novak Rusiyanın üçtərəfli formatda dəhlizlərin inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib."Bu dəhlizin inkişafı yüklərin Rusiyadan Fars körfəzindəki İran limanlarına maneəsiz daşınmasını təmin edəcək. Hesab edirəm ki, nəqliyyat-logistika potensialından tam istifadə ticarətin səviyyəsinə, tranzit həcmi və xarici iqtisadi fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək", - deyə o bildirib.Baş nazirin müavini eyni zamanda qeyd edib ki, bu gün nəqliyyat dəhlizi bir-birindən fərqlənən nəqliyyat sistemlərini, gömrük rejimlərini, bir neçə dövlətin dəmir yolu infrastrukturunu birləşdirir.Aleksandr Novak qeyd edib ki, Rusiya tərəfi əsas vəzifələr sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun vahid dəmir yolu şəbəkəsini yaratmaq üçün Rəşt-Astara dəmir yolu hissəsinin tikintisini həyata keçirməyi təklif edir.Moskva həmçinin layihənin icrası ilə bağlı məsələlərin kompleks həlli üçün lazımi səlahiyyətlərə və inzibati resurslara malik səlahiyyətli təşkilatları müəyyən etməyi təklif edir.Bundan əlavə, nəqliyyat dəhlizi ilə daşımaların yerinə yetirilməsi üçün logistika xidmətinin, eləcə də bütün marşrut üzrə tariflərin razılaşdırılması mexanizminin yaradılması və multimodal logistika xidmətlərinin tam spektrinin təmin edilməsi təklif edilir.Novak növbəti vəzifə kimi İranın Ənzəli və Bəndər-Abbas limanlarında Rusiya yüklərinin daşınması üçün logistik mərkəzlərin və xidmətlərin inkişaf etdirilməsini və sonuncunun ərazisində terminalın istifadəsini qeyd edib. Həmçinin Bəndər-Abbas limanı ərazisində mərkəz yaradılması layihəsinin həyata keçirilməsi şərtlərinin razılaşdırılmasını vurğulayıb.Bununla yanaşı, o, malların gömrük rəsmiləşdirilməsinin təşkilinin vacibliyini qeyd edib.Aleksandr Novak qeyd edib ki, növbəti mərhələdə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək, nəqliyyat dəhlizinin həyata keçirilməsini təmin edəcək və gələcək illər üçün nəqliyyat əlaqələrini genişləndirəcək müvafiq üçtərəfli hökumətlərarası sazişin hazırlanması zəruridir.Qeyd edək ki, bu gün Bakıda Bakıda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan-Rusiya-İran üçtərəfli görüşünün yekunlarına dair bəyannamənin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi imzalayıblar.Xatırladaq ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/09/445870586_0:0:2731:2048_1920x0_80_0_0_e1cd2a3a2fc9d1c9e115810f9ce59d61.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, azərbaycan, şimal-cənub tranzit dəhlizi
rusiya, azərbaycan, şimal-cənub tranzit dəhlizi
Novak Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından danışdı
18:28 09.09.2022 (Yenilənib: 18:46 09.09.2022) Rusiya Baş nazirinin müavini ölkəsinin üçtərəfli formatda dəhlizlərin inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib.
BAKI, 9 sentyabr — Sputnik. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı Azərbaycan, Rusiya və İran arasında üçtərəfli əməkdaşlığın mühüm tərkib hissəsidir. Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Bakıda "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin inkişafı ilə bağlı keçirilən görüş zamanı bildirib.
Rusiya Baş nazirinin müavini xatırladıb ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin aktuallığı Bakı ilə Moskva arasında imzalanmış Müttəfiqlik Bəyannaməsində göstərilib.
Novak Rusiyanın üçtərəfli formatda dəhlizlərin inkişafı ilə bağlı layihələrinin həyata keçirilməsində səmərəli əməkdaşlığa hazır olduğunu qeyd edib.
"Bu dəhlizin inkişafı yüklərin Rusiyadan Fars körfəzindəki İran limanlarına maneəsiz daşınmasını təmin edəcək. Hesab edirəm ki, nəqliyyat-logistika potensialından tam istifadə ticarətin səviyyəsinə, tranzit həcmi və xarici iqtisadi fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə müsbət təsir göstərəcək", - deyə o bildirib.
Baş nazirin müavini eyni zamanda qeyd edib ki, bu gün nəqliyyat dəhlizi bir-birindən fərqlənən nəqliyyat sistemlərini, gömrük rejimlərini, bir neçə dövlətin dəmir yolu infrastrukturunu birləşdirir.
Aleksandr Novak qeyd edib ki, Rusiya tərəfi əsas vəzifələr sırasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun vahid dəmir yolu şəbəkəsini yaratmaq üçün Rəşt-Astara dəmir yolu hissəsinin tikintisini həyata keçirməyi təklif edir.
"Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə bu, qərb dəhlizi ilə yük axınını 15 milyon tona çatdıracaq.
Moskva həmçinin layihənin icrası ilə bağlı məsələlərin kompleks həlli üçün lazımi səlahiyyətlərə və inzibati resurslara malik səlahiyyətli təşkilatları müəyyən etməyi təklif edir.
Bundan əlavə, nəqliyyat dəhlizi ilə daşımaların yerinə yetirilməsi üçün logistika xidmətinin, eləcə də bütün marşrut üzrə tariflərin razılaşdırılması mexanizminin yaradılması və multimodal logistika xidmətlərinin tam spektrinin təmin edilməsi təklif edilir.
Novak növbəti vəzifə kimi İranın Ənzəli və Bəndər-Abbas limanlarında Rusiya yüklərinin daşınması üçün logistik mərkəzlərin və xidmətlərin inkişaf etdirilməsini və sonuncunun ərazisində terminalın istifadəsini qeyd edib. Həmçinin Bəndər-Abbas limanı ərazisində mərkəz yaradılması layihəsinin həyata keçirilməsi şərtlərinin razılaşdırılmasını vurğulayıb.
Bununla yanaşı, o, malların gömrük rəsmiləşdirilməsinin təşkilinin vacibliyini qeyd edib.
Aleksandr Novak qeyd edib ki, növbəti mərhələdə ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək, nəqliyyat dəhlizinin həyata keçirilməsini təmin edəcək və gələcək illər üçün nəqliyyat əlaqələrini genişləndirəcək müvafiq üçtərəfli hökumətlərarası sazişin hazırlanması zəruridir.
Qeyd edək ki, bu gün Bakıda Bakıda “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan-Rusiya-İran üçtərəfli görüşünün yekunlarına dair bəyannamənin imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak və İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi imzalayıblar.
Xatırladaq ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə, 13 ölkə sözügedən sazişi ratifikasiya edib (Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə, Ukrayna).
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır.