https://sputnik.az/20220909/g7-olkelerinin-qaz-ve-neft-qiymetlerine-tavan-tetbiq-etmesi-netice-vermeyecek---volodin-445855914.html
G7 ölkələrinin qaz və neft qiymətlərinə tavan tətbiq etməsi nəticə verməyəcək - Volodin
G7 ölkələrinin qaz və neft qiymətlərinə tavan tətbiq etməsi nəticə verməyəcək - Volodin
Sputnik Azərbaycan
Dünya bazarı 7 ölkə ilə məhdudlaşmır və dünya əhalisinin 80%-dən çoxu Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Enerji resurslarının qiymətini isə bazar müəyyən... 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T14:45+0400
2022-09-09T14:45+0400
2022-09-09T14:45+0400
vyaçeslav volodin
rusiya
neft
https://cdnn1.img.sputnik.az/img/40769/69/407696991_0:0:3034:1708_1920x0_80_0_0_1ec4e12bea292dd632c42b82fe29af1b.jpg
BAKI, 9 sentyabr — Sputnik. G7 ölkələrinin neft və qaz qiymətlərinin yuxarı hədlərini müəyyən etməsi gözlənilən effekti verməyəcək. Enerji resurslarının qiymətini bazar müəyyən edəcək. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib."Böyük yeddilik" dövlətlərinin rəsmilərinin qiymət "tavan"ı dedikləri "döşəmə" olacaq. Dünya bazarı 7 ölkə ilə məhdudlaşmır. Dünya əhalisinin 80%-dən çoxu Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Qərbin elan etdiyi maksimum qiymət aşağı həddə çevriləcək. Enerji resurslarının dəyərinin necə olacağını bazar və müqavilə öhdəlikləri həll edəcək.Spikerin sözlərinə görə, "Rusiya nefti və qazının qiymətlərinə yuxarı həddi tətbiq etmək qərarı ilə G7 dövlətləri Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaların səmərəsizliyini etiraf ediblər". "Vaşinqton və Brüssel bizim enerji ehtiyatlarımıza tam qadağadan imtina etməli oldu. Onları əvəz etmək cəhdi uğursuz oldu", - deyə Volodin xatırladıb.Üstəlik, onun sözlərinə görə, xaricdə Rusiyadan asılı olduqlarını anlayıblar. "Müstəmləkəçilik prinsiplərinə əsaslanan qlobal iqtisadiyyatın Qərb modeli köhnəlib. G7 ölkələri artıq dünyanın qalan hissəsini istismar etməklə, Rusiyadan və digər dövlətlərdən ucuz resurslar almaqla mövcud ola bilməyəcəklər", - deyə Dövlət Dumasının sədri vurğulayıb.Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinə qiymət tavanının birgə tətbiqi üçün "geniş koalisiya" yaratmaq niyyətlərini bəyan ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40769/69/407696991_303:0:3034:2048_1920x0_80_0_0_e573c6b50b6945ce1cfa2bd31af39d87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, neft
G7 ölkələrinin qaz və neft qiymətlərinə tavan tətbiq etməsi nəticə verməyəcək - Volodin
Dünya bazarı 7 ölkə ilə məhdudlaşmır və dünya əhalisinin 80%-dən çoxu Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Enerji resurslarının qiymətini isə bazar müəyyən edəcək.
BAKI, 9 sentyabr — Sputnik. G7 ölkələrinin neft və qaz qiymətlərinin yuxarı hədlərini müəyyən etməsi gözlənilən effekti verməyəcək. Enerji resurslarının qiymətini bazar müəyyən edəcək. Bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Böyük yeddilik" dövlətlərinin rəsmilərinin qiymət "tavan"ı dedikləri "döşəmə" olacaq. Dünya bazarı 7 ölkə ilə məhdudlaşmır. Dünya əhalisinin 80%-dən çoxu Rusiyaya qarşı sanksiyaları dəstəkləmir. Qərbin elan etdiyi maksimum qiymət aşağı həddə çevriləcək. Enerji resurslarının dəyərinin necə olacağını bazar və müqavilə öhdəlikləri həll edəcək.
Spikerin sözlərinə görə, "Rusiya nefti və qazının qiymətlərinə yuxarı həddi tətbiq etmək qərarı ilə G7 dövlətləri Rusiyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaların səmərəsizliyini etiraf ediblər". "Vaşinqton və Brüssel bizim enerji ehtiyatlarımıza tam qadağadan imtina etməli oldu. Onları əvəz etmək cəhdi uğursuz oldu", - deyə Volodin xatırladıb.
Üstəlik, onun sözlərinə görə, xaricdə Rusiyadan asılı olduqlarını anlayıblar.
"Müstəmləkəçilik prinsiplərinə əsaslanan qlobal iqtisadiyyatın Qərb modeli köhnəlib. G7 ölkələri artıq dünyanın qalan hissəsini istismar etməklə, Rusiyadan və digər dövlətlərdən ucuz resurslar almaqla mövcud ola bilməyəcəklər", - deyə Dövlət Dumasının sədri vurğulayıb.
Sentyabrın əvvəlində G7 ölkələri Rusiya neftinə qiymət tavanının birgə tətbiqi üçün "geniş koalisiya" yaratmaq niyyətlərini bəyan ediblər.