https://sputnik.az/20220909/beynelxalq-seyyahlar-azix-magarasinda-olublar-445856870.html
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Sputnik Azərbaycan
Beynəlxalq səyahətçilər (səyyahlar) Füzuli və Xocavəndə səfər zamanı işğal dövründə Füzuli şəhərinin mərkəzi, Azıx mağarasında olublar. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T15:22+0400
2022-09-09T15:22+0400
2022-09-09T15:22+0400
azıx mağarası
qarabağ
https://cdnn1.img.sputnik.az/img/40788/34/407883499_0:0:4160:2341_1920x0_80_0_0_8b8522b775d1ffa351025bfeaf4988c5.jpg
BAKI, 9 sentyabr — Sputnik. Beynəlxalq səyahətçilər (səyyahlar) Füzuli və Xocavəndə səfər zamanı işğal dövründə Füzuli şəhərinin mərkəzi ilə də tanış olublar. Onlara azad edilmiş ərazilərdə mina basdırılması, Azərbaycan dövlətinin quruculuq və bərpa işlərindən, həmçinin dağıdılmış ərazilərin əhəmiyyəti ilə bağlı məlumat verilib.Daha sonra səyyahlar Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası ilə tanış olublar. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov səyyahlara mağaranın tarixi əhəmiyyəti və orada aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Bundan başqa, o qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı mağarada məskunlaşmış azıxantrop və neandertal insan qruplarının sümükləri tapılıb.Ağacavid Ramazanov bildirib ki, işğal dövründə Azıx mağarası vandallıq hallarına məruz qalıb.Qeyd edək ki, sentyabrın 8-dən etibarən dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edirlər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40788/34/407883499_463:0:4160:2773_1920x0_80_0_0_683336522682ef689e61028e87be2808.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azıx mağarası
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Beynəlxalq səyahətçilər (səyyahlar) Füzuli və Xocavəndə səfər zamanı işğal dövründə Füzuli şəhərinin mərkəzi, Azıx mağarasında olublar.
BAKI, 9 sentyabr — Sputnik. Beynəlxalq səyahətçilər (səyyahlar) Füzuli və Xocavəndə səfər zamanı işğal dövründə Füzuli şəhərinin mərkəzi ilə də tanış olublar. Onlara azad edilmiş ərazilərdə mina basdırılması, Azərbaycan dövlətinin quruculuq və bərpa işlərindən, həmçinin dağıdılmış ərazilərin əhəmiyyəti ilə bağlı məlumat verilib.
Daha sonra səyyahlar Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası ilə tanış olublar. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ağacavid Ramazanov səyyahlara mağaranın tarixi əhəmiyyəti və orada aparılan arxeoloji qazıntılar barədə məlumat verib. Bundan başqa, o qeyd edib ki, arxeoloji tədqiqatlar zamanı mağarada məskunlaşmış azıxantrop və neandertal insan qruplarının sümükləri tapılıb.
Ağacavid Ramazanov bildirib ki, işğal dövründə Azıx mağarası vandallıq hallarına məruz qalıb.
Qeyd edək ki, sentyabrın 8-dən etibarən dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edirlər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.